Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3084/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 02 dekabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 15:00-da Sumqayıt şəhəri, Xəzər bağlarında bacısı Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 02 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində bacısı Sevda ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində atalarından onlara miras qalmış mülkə getdikləri zaman qardaşları Zakirin sonradan oraya gələrək onlar ilə mübahisə etməyə başladığını və aralarında baş vermiş mübahisə zamanı Zakir təpiklə onun ayaq nahiyyəsinə zərbə vurmuşdur. Daha sonra o, bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-ə şikayət etmişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, 7 il bundan qabaq atası Hacı rəhmətə getdikdən sonra bacıları onun yaşadığı yer üstündə onunla tez-tez mübahisələr etmiş, bacıları onun yaşadığı yerdən pay istədiyini, xx.xx.2022-ci il tarixdə, saat təxminən 14:30 radələrində Sumqayıt şəhəri, Nərimanov küçəsində olduğu zaman həyat yoldaşı Nəzifənin zəng edərək bacılarının onların evinə gələrək onunla mübahisə etmələrini bildirmişdir. Daha sonra o, yaşadığı evə getdikdə bacıları Aygül, Ayna və Sevdanın orada olmasını gördüyünü, aralrında mübahisə baş verən zaman bacısı Aygülün ayağına təpiklə vurmadığını və ona xəsarət yetirmədiyini bildirmişdir. Qeyd olunanlara əssən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:00-da Sumqayıt şəhəri, Xəzər bağlarında bacısı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi faktında xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olmasına baxmayaraq sonuncuya zərərvurmayan xəsarət yetirildiyindən aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanılması rədd edilişdir. Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün inzibat qaydada məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsinin 1707 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ baldırın qançırı xəsarəti vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi az inandırıcıdır. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 NK-1/3048 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3084/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3084/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver