Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3087/2025 24.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X5, X1 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1973-cü ildə Laçın rayonu, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 1, mənzil 16 yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-255/2024 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(105)-18/2025 saylı, Laçın rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(047)-712/2021 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-5746/2025 saylı, Laçın ryon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(047)-403/2015 saylı icra sənədi üzrə əsaslı səbəb olmadan məhkəmə qətnamələrini qərəzli icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru X8 izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-18/2025-014 nömrəli, xx.xx.2025-ci il tarixli iicra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 1(060)- 585/2024 nömrəli hökmü ilə zərərçəkmiş şəxs X3 dəymiş ziyan hesabına tutulması qət edilmiş 13500 (on üç min beş yüz) manat məbləği, 8500 (səkkiz min beş yüz) manat məbləğinədək-azaldılmalıdır. Laçın Rayon Məhkəməsinin e-2(047)-255/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli, icra sənədi üzrə borclu Şəxs 30105 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Laçın Rayon Məhkəməsinin 2(047)- 403/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2143.08 ABŞ dolları və 30 manat dövlət rüsumu alınaraq tələbkar Unileasing Lizing Şirkətinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5746/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X14, Şəxs 3500 manat pul tutularaq tələbkar X4 ödənilməlidir. Laçın Rayon Məhkəməsinin 2(047)-71 /2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5030 manat pul tutulareaq tələbkar X11 ödənilməlidir. İcra sənədləri xx.xx.2025-ci il tarixli qərarla icra sənədləri bir icraatda birləşdirilmişdir. Borcun ödənilməsi ilə bağlı borclu idarəyə dəvət olunmuş, lakin ödəniş etmək üçün maddi imkanı olmadığını bildirmişdir. Eyni zamanda borclu xx.xx.2025ci il tarixdən yeni işə düzəlmiş və aylıq əmək haqqısı 400 manat təşkil edir. İş yeri yeni olduğu üçün borc məbləğini borclunun aylıq əmək haqqısına yönəldə bilmir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə icra sənədi üzrə tələbkar X7 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə Şəxs 8500 manat pulun onun xeyrinə ödənilməlidir. Əlavə olaraq 135 manat dövlət rüsumu tutulub onun xeyrinə ödənilməlidir. Hal-hazırda icra vərəqəsi üzrə onun xeyrinə hər-hansı məbləğdə ödəniş edilməmişdir. Hazırda borcluya qarşı şikayətçidir. Bu səbəbdən borclu barəsində həbslə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə tələbkar X10 bildirdi ki, onun əri həbsdədir. Əlibala onun ərini həbsdən buraxdırmaq üçün qardaşı Əfsan vasitəsi ilə 43000 manat pul almış, lakin verdiyi vədə əməl etməmişdir. Borclu tərəfindən 10000 manat qaytarılmış, qalan 30000 manat borcu ödəməkdən boyun qaçırır. Hazırda borcluya qarşı şikayətçidir və barəsində həbslə bağlı cəzaverilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, tərtib olunmuş protokolu əsassız hesab edir. Belə ki, o, xx.xx.2025ci il tarixdə həbsdən azad olunmuşdur. O, bu barədə icra məmuruna rəsmi məlumat vermişdir. Borcların ödənməməsinə səbəb həbsdə olması olmuşdur. Hazırda yeni işə düzəlib və borcun aylıq qazancından tutulması barədə icra məmuruna rəsmi məlumat vermişdir. Bundan başqa, tələbkar Adilə Mahmudovanın məhkəmə qətnaməsi üzrə Ali Məhkəməyə müraciət edir. Belə ki, Adilə aparılan istintaq hərəkətlərində onu tanımadığını və pulu qardaşı Əfsana verdiyini qeyd etmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Hazırda yaranmış borc onun əmək haqqısına yönəlməsini və göstərilən halları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-18/2025- 014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 1(060)-585/2024 nömrəli hökmü ilə zərərçəkmiş şəxs X3 dəymiş ziyan hesabına tutulması qət edilmiş 13500 (on üç min beş yüz) manat məbləği, 8500 (səkkiz min beş yüz) manat məbləğinədək-azaldılmalıdır. Laçın Rayon Məhkəməsinin e-2(047)-255/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli, icra sənədi üzrə borclu Şəxs 30105 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Laçın Rayon Məhkəməsinin 2(047)- 403/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2143.08 ABŞ dolları və 30 manat dövlət rüsumu alınaraq tələbkar Unileasing Lizing Şirkətinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5746/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X14, Şəxs 3500 manat pul tutularaq tələbkar X4 ödənilməlidir. Laçın Rayon Məhkəməsinin 2(047)-71 /2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5030 manat pul tutulareaq tələbkar X11 ödənilməlidir. İcra sənədləri xx.xx.2025-ci il tarixli qərarla icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-682/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkum Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-18/2025 saylı, 17 mart 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-18/2025-014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 1(060)-585/2024 nömrəli hökmü ilə zərərçəkmiş şəxs X3 dəymiş ziyan hesabına tutulması qət edilmiş 13500 (on üç min beş yüz) manat məbləği, 8500 (səkkiz min beş yüz) manat məbləğinədəkazaldılmalıdır. Laçın Rayon Məhkəməsinin e-2(047)-255/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli, icra sənədi üzrə borclu Şəxs 30105 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Laçın Rayon Məhkəməsinin 2(047)- 403/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2143.08 ABŞ dolları və 30 manat dövlət rüsumu alınaraq tələbkar Unileasing Lizing Şirkətinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5746/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X14, Şəxs 3500 manat pul tutularaq tələbkar X4 ödənilməlidir. Laçın Rayon Məhkəməsinin 2(047)-71 /2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5030 manat pul tutulareaq tələbkar X11 ödənilməlidir. İş üzə 24 noyabr 2025-ci ildə icra məmuru X8 icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 24 noyabr 2025-ci il tarixdən saat 15:10-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 24 noyabr 2025-ci il tarixdən saat 15:10dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-3087/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3087/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver