Məhkəmə qərarları › İş №3(060)-309/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-309/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-309/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abas oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin YT üzrə NİŞ-nin mühəndis inspektoru X3 iştirakı ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inzibati xəta haqqında MN ******* saylı, 31 yanvar N0N5-ci il tarixli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola qeyd edilir ki, xx.xx.N0N5-ci il tarixdə "xxxx" MMC tərəfindən inşa olunan yataqxana binasında planlı yanğın texniki müayinə zamanı obyektdə X1 bir sıra tələbləri pozulmuş, bu səbəbdən MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.3-cü maddəsinə əsasən tərtib olunmuş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin (bundan sonra SRDYNİ-nin) YT üzrə NİŞ-nin mühəndis inspektoru Əlağa Nağıyev izahatında göstərdi ki, Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində N saylı hərbi hissənin ərazisində yerləşən tikilməkdə olan hərbi hissənin yataqxana binasına yoxlama keçirilmişdir. Yoxlama zamanı hüquqi şəxsin nümayəndəsi Elxan Məmmədovun iştirakı ilə yoxlama obyektinə baxış keçirilmiş, bu zaman onunla birlikdə böyük mühəndis inspektor İsa Məmmədovda iştirak etmişdir. Tikinti sahəsində yol verilmiş nöqsanlara bağlı hüquqi şəxs barəsində protokol tərtib olunmuş, yol verilmiş nöqsanlar yanğın-texniki müayinə aktında qeyd edilmişdir. Qeyd edir ki, tikintinin layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti razılaşdırılmamış, tikintidə çəkilmiş müvəqqəti elektrik xətləri tikinti normalarına uyğun çəkilməmiş, ərazidə mövcud olmuş oksigen balonları tam təchiz olunmamış, tərkibi yenilənməmiş, tikintidə istifadə olunan taxta materiallara odadavamlı xüsusi məhlul hopdurulsa da , bu məhlul işçilər tərəfindən vurulmuşdur. Qeyd edir ki, YTQ 05-86, bənd 10.1 əsasən taxta konstruksiyalara vurulan məhlul lisenziyası olan şirkət trəfindən həyata keçirilməlidir. Məhkəmə iclasında Əlağa Nağıyev ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, yoxlamanın xx.xx.N0N5-ci il tarixdən xx.xx.N0N5-ci il tarixədək aparılmasına icazə verilmişdir. Yoxlama 1 gün davam etmişdir. Hüquqi şəxs barəsində 31 yanvar N0N5-ci il tarixdə yol verilmiş nöqsanlarla əlaqədar akt tərtib olunmuş, həmin tarixdə akt nəticəsində qərar qəbul edilmişdir. Yoxalama zamanı hüquqi şəxsin nümayəndəsi qismində iştirak edərək özünü təqdim edən Elxan Məmmədov qayda pozuntularının aradan qaldırılması üçün vaxt istəmiş və bu məsələ ilə əlaqədar onlarla əlaqə saxlanılacağı bildirilmişdir. Lakin, dəfələrlə cəhd edilsə də akt tərtib edilənə kimi hüquqi şəxsin nümayəndəsi ilə həmin yerə gəlməmiş, əlaqə saxlamamışdır. Elxan Məmmədov yol verilən qüsurlarla razı olduğunu bildirsə də, aktı imzalamaqdan imtina etmişdir. Qeyd olunanlara əsasən həmin MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N saylı hərbi hissəsinin ərazisində Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan hərbi hissənin yataqxana binasında qərarda qeyd edilən müddətdə plan üzrə (növbəti) yoxlama aparılması məqsədilə xx.xx.N0N5-ci tarixli KY ********* nömrəli Çıxarış əldə edilmiş, çıxarış MMC-nin nümayəndəsi Elxan Məmmədova şəxsən təqdim edilmişdir. Sumqayıt Regional DYNİ-nin 01NN saylı, xx.xx.N0N5-ci il tarixli “Yanğın-texniki müayinənin aparılması” haqqında qərara əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N saylı hərbi hissəsinin ərazisində Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan hərbi hissənin yataqxana binasında xx.xx.N0N5-ci il tarixdən xx.xx.N0N5-ci il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. xx.xx.N0N5-ci il tarixli, 01NN saylı “Yanğın-texniki müayinə” aktına əsasən Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan hərbi hissənin yataqxana binasında tikintidə çəkilmiş müvəqqəti elektrin xətlərinin EQQQ-na uyğun olmadığı, tikintinin layihə sənədlərinin Dövlət Yanğın Nəzarəti Xidməti razılaşdırılmadığı, tikinti ərazisində ilkin yanğınsöndürmə alət və ləvazimatlarla tam təmin olunmadığı və tərkibinin yenilənmədiyi, tikintidə istifadə olunan taxta konstruksiyalara vurulan yanğına qarşı məhlulun işçilər tərəfindən vurulduğu aşkar edilmişdir. Bu barədə həmin tarixli, 01NN nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilmişdir. xx.xx.N0N5-ci il tarixli “elektron ərizə”dən görünür ki, Şəxs MMC-nin adından Araz Mahmudov adlı şəxs Şəxs MMC-nin hüquqi ünvanının ünvan 1 nəzərə alınmasını, inzibati xəta haqqında protokolla razılaşmadıqlarını, protokol tərtib olunan zaman müəssisənin qeyd olunan ərazidə podrat müqaviləsi əsasında fəaliyyət göstərməsini, yanğın təhlükəsizliyi ilə bağlı məsuliyyətin cəmiyyətin üzərində olmamasının nəzərə alınmasını, barələrində ilk dəfə inzibati xəta haqqında protokolun tərtib edilməsini və bu halın yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş etmişdir. Şəxs MMC-nin qanuni təmsilçisi Azər Hümbətov tərəfindən xx.xx.N0N5-ci il tarixdə imzalanaraq məhkəmənin elektron ünvanına göndərilmiş vəsatətdən görünür ki, barələrində ilk dəfə inzibati xəta haqqında protokol tərtib edildiyini, qeyd edilən pozuntuları aradan qaldıracaqlarına söz vediklərini bu səbəbdən müəssisə cərimə ediləcəkdirsə həmin cəriməni şərti tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət Qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, adı çəkilən MMC-nin qanuni təmsilçisi XNr. Həmçinin inzibati işin materiallarına pozuntu faktını özündə əks etdirən 0N ədəd fotoşəkil əlavə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi protokolu tərtb etmiş şəxsin izahatı, protokolun özü və ona əlavə edilən digər sübutlarla təsdiq edilir. Ona görə Şəxs MMC İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən tikintidə çəkilmiş müvəqqəti elektrik xətlərinin tikinti normalarına uyğun çəkilmədiyini, tikintidə istifadə olunan taxta materiallara odadavamlı xüsusi məhlul hopdurulsa da, bu məhlulun lisenziyası olan şirkət tərəfindən deyil işçilər tərəfindən vurulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Həmin Qanunun N4-cü maddəsinin 5-ci bəndinə əsasən binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İXM-nin 518.3-cü maddəsinə görə İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 1N7-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N saylı hərbi hissəsinin ərazisində inşaat işlərinin aparılması zamanı Şəxs MMC tərəfindən X1 tələbləri pozulmuşdur. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin N1-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində minimum həddə inzibati cərimə növündə tənbeh tətbirinin tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində N000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar