Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3092/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsi ilə hüquqi ünvanı Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, 4/28 №-li evin arxasında olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Şəxs ASC) (VÖEN **********) barəsində 15 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 15.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsində yerləşən Şəxs ASC-yə məxsus Səba ət və ət məhsulları mağazasında keçirilən planlı yanğın texniki müayinə zamanı YTQ 01-2001 bənd 1.9-1.9.22; və YTQ 23-2002 bənd 3.19-3.19.27; 8.1-8.16 bəndlərinin tələblərinin pozulması aşkar olunmuşdur. Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru tərəfindən Şəxs ASC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 17.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 30 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X5 tərtib edilmiş protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - "xxxx" ASC-nin etibarnamə üzrə nümayyəndəsi Nümayəndə təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, Sumqayıt şəhəri, 4cü mikrorayon, ünvan 2 ünvanında yerləşən obyekt Şəxs ASC tərəfindən icarəyə götürülümüşdür. Sözü gedən inzibati protokol hüquqi şəxs olaraq Şəxs ASC barəsdində deyil, icarədar vəzifəli şəxs Şəxs ASC-nin bölgə müdri X4 barəsində tərtib olunmalıydı. Lakin, 15.09.2021-ci il tarixdə qeyd olunan obyektdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi tərəfindən planlı yanğın texniki müayinə keçirilmiş və müayinə zamanı müəyyən nöqsanlar aşkar edilərək Şəxs ASC barəsində inzibati protokol tərtib edilmişdir. Həmin nöqsanlarla razı olsalar da, Şəxs ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs ASC İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 13.09.2021-ci il tarixli, 1957 nömrəli qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən KY211601633 nömrəli çıxarışa əsasən Dövlət yanğın nəzarəti üzrə Şəxs ASC planlı yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssisələr) yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsində vəzifələri (YTQ № 01-2001 bənd 1.9-1.9.12); ticarət, ictimai iaşə müəssələrində, yarmarkalarda, bazarlar və anbarlarda elektrik qurğularının istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.19- 3.19.27); ticarət, ictimai iaşə müəssələrində, yarmarkalarda, bazarlar və anbarlarda yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər (YTQ № 03-2002 bənd 8.1-8.16) bəndlərinə uyğun deyildir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında 13.09.2021ci il tarixli 1957 №-li qərardan görünür ki, Şəxs ASC-də 14.09.2021-il tarixdən 17.09.2021ci il tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan icarə müqaviləsindən görünür ki, icarəyə verən X7 və icarəçi Şəxs ASC arasında icarə müqaviləsi bağlanmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ASC barəsində Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti idarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, hüquqi ünvanı Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, 4/28 №-li evin arxasında olan Şəxs ASC-də müayinə zamanı Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssisələr) yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsində vəzifələri (YTQ № 01- 2001 bənd 1.9-1.9.12); ticarət, ictimai iaşə müəssələrində, yarmarkalarda, bazarlar və anbarlarda elektrik qurğularının istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.19-3.19.27); ticarət, ictimai iaşə müəssələrində, yarmarkalarda, bazarlar və anbarlarda yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər (YTQ № 03-2002 bənd 8.1-8.16) X1 bəndlərinə uyğun olmaması aşkar edilmişdir. Bununla da Şəxs ASC İXM-nin 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi ünvanı Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ünvan 4an Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3092/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3092/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver