Məhkəmə qərarları › İş №3(060)-3095/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3095/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3095/2022 19.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Məmmədovin sədrliyi, X2 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), Bədəlbəyli küçəsi, ev 42/1A olan Şəxs (bundan sonra mətndə MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 215.1 və 215.4-cü maddələrinə əsasən 18 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 10:15-də Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), Bədəlbəyli küçəsi, ev 42/1A ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində planlı yoxlama zamanı sertifikasız tibb fəaliyyəti (şüa diaqnostikası həkimi X11) və lisenziyadan kənar iş və fəaliyyət (stmotoloji) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXMnin 215.1 və 215.4-cü maddələrinə əsasən tərtib edilmiş 18 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması 19 dekabr 2022-ci il tarixə təyin olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiklərindən məhkəmə işə Şəxs MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4nin əməkdaşları Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), Bədəlbəyli küçəsi, ev 42/1A ünvanında yerləşən Şəxs MMC-də planlı yoxlama həyata keçirmişlər. Planlı yoxlama zamanı Şəxs MMC-nin direktoru şüa diaqnostikası həkimi X1 tibb fəaliyyəti ilə məşğul olması müəyyən olunmuşdur. Eyni zamanda lisenziyadan kənar iş və fəaliyyət, yəni stmotoloji fəailiyyət üçün otaq yaradılmışdır. Qeyd olunanlara əsasən Şəxs MMC-nin İXMnin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətməsinə görə həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. İş materialında olan X8 planlı (növbəti) yoxlama küçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 600 №-li aktından görünür ki, xx.xx.2022-ci il tarixli, 1000 №-li qərar ilə, 10:15-da "xxxx" MMC-də yoxlama başlanılmışdır. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X4 tərəfindən planlı (növbəti) yoxlamanın kçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1000 №-li qərarından görünür ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), Bədəlbəyli küçəsi, ev 42/1A olan Şəxs MMC-də təşkilatın fəaliyyətinin yoxlanılması barədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materialında olan Şəxsna ünvanlanan plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə bildirşdən görünür ki, "xxxx" MMC-nin fəaliyyət ünvanı ünvan 2 14-18 noyabr 2022-ci il tarixlərində plan üzrə (növbəti) yoxlama keçiriləcəkdir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, yoxlamaya əsas olan sənədlərin surətləri rəsmi şəkildə təqdim olunur və yoxlayıcı (yoxlayıcılar) tərəfindən "xxxx" MMC-nin fəaliyyət ünvanı ünvan 2 14-18 noyabr 2022-ci il tarixlərində plan üzrə (növbəti) yoxlamanın keçirilməsinə şərait yaradılması xahiş olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X4” Publik Hüquqi şəxsinə daxil olmuş Şəxs MMC barəsində məlumatdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), Bədəlbəyli küçəsi, ev 42/1A olan Şəxs MMC (VÖEN **********), ambulator tibbi xidmət göstərilir və müəssisənin rəhbəri X7r. İş materialında olan Şəxs MMC-nin direktoru X11 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş 12 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 tərəfindən Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixdə İXM-nin 215.1 və 215.4-cü maddələrinə əsasən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, İXM-nin 215.1 -ci maddəsinin dispozisiyasında tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi göstərilmişdir. Sözügedən protokol guya rəhbəri olduğu MMC-də stamatoloji fəaliyyətin həyata keçirilməsinə görə tərtib edilmişdir. Lakin, stamatoloji fəaliyyət onlar tərəfindən həyata keçirilməmişdir. Stamatoloji kobinet 1 ildən çoxdur ki fəaliyyət göstərmir. Ona görə də həmin kabinet saxlanc otağı kimi kirayəyə verilməsi üçün bağlanmışdır. Bu xüsusatın özü də yoxlama zamanı öz təsdiqini tapmışdır. Belə ki, keçirilmiş yoxlama zamanı iştirak edən şəxslər özləri şahid olmuşdur ki, həmin kabinetin qapısı bağlıdır və həmin otaqda nəinki hansısa stomatoloji tibb fəaliyyəti ümumiyyətlə heç bir fəaliyyət göstərilməməkdədir. Bundan başqa İXM-nin 215.4-cü maddəsi isə qanunvericiliyə uyğun olaraq sertifıkasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə olan əməlləri əhatə edir. Odur ki, bu normanın təsir dairəsi onun əməlini əhatə etməməkdədir. O, sözügedən müəssisənin rəhbəridir, rəhbər olaraq da faktiki olaraq tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul deyildir. Həmçinin də heç bir zaman sözügedən fəaliyyətlə məşğul olmamışdır. Bütün bu göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilərək Şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4nin əməkdaşları Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), Bədəlbəyli küçəsi, ev 42/1A ünvanında yerləşən Şəxs MMC-də planlı yoxlama həyata keçirilərkən müəssisənin rəhbəri X11 rəhbəri olduğu MMC-də stamatoloji fəaliyyətin həyata keçirilməsi qeyd edilmişdir. Lakin, iş materialında olan Şəxs MMC barədə məlumatdan da görünür ki, X3 gedən Şəxs MMC-də direktor vəzifəsində işləyir. Tibb müəssisəsinin direktorunun fəaliyyəti praktik tibb fəaliyyəti hesab olunmadığından direktoru sertifikasiyadan keçirilməməlidir. Bundan başqa iş materialında olan X8 planlı (növbəti) yoxlama keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 600 №-li aktında da qeyd olunmuşdur ki, planlı yoxlama zamanı həkim stomotoloq X5 üçün stomotoloji fəaliyyət üçün otaq (kabinet) yaradılmışdır. Yoxlama aktından da göründüyü kimi sözügedən stamotoloji otaq bağlı olmuşdur və stomatoloji otağın mövcudluğu stomatoloji fəaliyyəti sübut etmir. Beləliklə, araşdırma zamanı Vəhdət-2011” MMC-də stomotoloji fəaliyyətin aparılması öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda sadalanan hallar araşadırma zamanı Şəxs MMC-yə məxsus tibb müəssisəsində planlı yoxlama zamanı sertifikasız tibb fəaliyyəti şüa diaqnostikası həkimi X6 və lisenziyadan kənar iş və stmotoloji fəaliyyətin aparılması faktları öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunmur. Buna görə də Şəxs MMC barəsində İXM-nin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), Bədəlbəyli küçəsi, ev 42/1A olan Şəxs (VÖEN **********) əməlində İXM-nin 215.1 və 251.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar