Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3096/2022 14.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi X1, Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə “Bəyaz saray” şadlıq evinin tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarının yolverilən normadan artıq olduğuna görə X5 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və həmin qərarın əsasında yazılmış 2500 manat məbləğində cərimənin silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional və Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması vəziyyəti yoxlanılmış və 14 noyabr 2022-ci il tarixli 75964 saylı akt və 14 noyabr 2022-ci il tarixli ******* saylı protokol tərtib olunmuşdur. Müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində fəaliyyət göstərən “Bəyaz” şadlıq evinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici quru quraşdırılsa da, xx.xx.2022-ci il tarixdə aparılan monitorinq-ölçmə zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olmuşdur. Protokolda qeyd olunanlar tamamilə yalan və əsassızdır. Çünki mətbəxin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmayıb. Cavabdeh orqan qərəzli şəkildə barəsində protokol tərtib edib və həmin protokol əsasında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla o İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə olunmuşdur. Qərar xx.xx.2022-ci il tarixdə çıxarılsa da, o qərarın surətini xx.xx.2022-ci ildə rəsmi qaydada poçt vasitəsilə almışdır. "xxxx" MMC-nin direktoru Ramin Şıxverdiyev ilə şadlıq evi arasında 29 oktyabr 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə “Bəyaz” şadlıq evində hava təmizləyici hidrofilterlər və aksesuarların quraşdırılması ilə bağlı razılıq əldə edilmiş və işlək halda şifarişçiyə təhvil verilməsi xidmətinə 1 il müddətinə zəmanət verilmişdir. Protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli qaz birləşmələrinin niqdarı həddən artıq çoxdur. Lakin bunu necə müəyyən ediblərsə onu protokolda göstərməyiblər. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə onlara heç bir məlumat verilməmişdir. Həmçinin protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri kobud şəkildə pozularaq onların hüquq və vəzifələri izah olunmamış, xətanın mahiyyəti bildirilməmişdir. Həmçinin hal-hazırki dövrədək şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Müvafiq qurğu ilə təchiz olunan tüstü bacası bütün standartlara uyğun şəkildə fəaliyyət göstərir. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi X4 şikayəti müdafiə edərək bildirdi ki, protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı həddən artıq çoxdur. Lakin bunu necə müəyyən ediblərsə onu protokolda göstərməyiblər. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə onlara heç bir məlumat verilməmişdir. Həmçinin protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri kobud şəkildə pozularaq onların hüquq və vəzifələri izah olunmamış, xətanın mahiyyəti bildirilməmişdir. Həmçinin hal-hazırki dövrədək şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Bunlarla bərabər, X5 vergi ödəyicisi deyildir, mülkiyyətçi Kəmalə Əsədova ona sənədləşmə və digər hərəkətlər üçün etibarnamə vermişdir. Buna görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxsin nümayəndəsi X6 qərarın qanuni olaraq tərtib edildiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İnzibati xəta haqqında işin icraatı zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. İş materiallarında olan MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Bəyaz saray” şadlıq evinin tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı yolverilən normadan artıq olmuşdur. İş materiallarında olan 4 saylı RETSİ-nin 75964 saylı aktından görünür ki, idarənin 92 saylı, 05 noyabr 2022-ci il tarixli sərəncamı əsasında sosial şəbəkələrdə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Bəyaz saray” şadlıq evinin tüstü bacasından atmosfer havasına tüstü iy-qoxu yayılması ilə bağlı gedən məlumatlarla əlaqədar ETSNnin mətbuat katibinin üraciəti əsasında “Bəyaz saray” şadlıq evinin ətraf ərazisində ETSNİnin X7 Montiorinq İdarəsinin mütəxəssisləri tərəfindən “Bəyaz saray” şadlıq evinin rəhbəri, işlədən X2 iştrakı ilə ANKAT-7664 cihazı vasitəsilə atmosfer havasında zərərli qaz qarışıqlarının miqdarının müəyyənləşdirilməsi üçün monitorinq ölçmə işləri aparılmışdır. Ölçmənin nəticələri aşağıdakı kimi olmuşdur:CO (dəm qazı)-10,7 mq/kub metr. Bu da ətraf mühit üçün yol verilən hədd daxilindən artıqdır. Baxış zamanı məlum olmuşdur ki, “Bəyaz saray” şadlıq evindən atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu quraşdırılsa da, təmizləyici quru vaxtı-vaxtında təmizlənmədiyindən zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. ETSN-nin X8 Monitorinq İdarəsinin xx.xx.2022-ci il tarixli 000165 saylı aktının surəti əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, icraat zamanı inzibati xətanın kim tərəfindən törədilməsi, X2 hansı əsasla vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilməsi, onun vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, “Bəyaz saray” şadlıq evinin fəaliyyətində onun hansı statusda iştirakı və iş üçün əhəmiyyət kəsb edən digər hallar səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3096/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3096/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver