Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3097/2022 05.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkarlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 05 dekabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1 və 529.2-ci maddələri ilə MN № ******* saylı və MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs1 5.730,00 manat, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 4.630,00 manat Zərərçəkmiş şəxs3 və xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs2 6.00,00 manat Şəxs tutularaq ödənilməlidir. Borclu icra sənədini üzrə tələbi icra etməkdən üzrüsüz səbəbdən boyun qaçırdır. Bundan bşqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarəna əsasən Şəxs 700,00 manat məbləğində cərimə edilmişdir. Lakin borclu məhkəmə qərarını qanuni qüvvəyə mindiyi 25 gündən artıq müddət keçməsinə baxmayaraq icra etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-3097/2022 və 3(060)- 3098/2022 №li işlər bir icraatda 3(060)-3097/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmədə protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulub 5700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 4600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. Bundan əlavə Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1812/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmuşdur. Dəfələrlə onun tərəfindən Şəxs borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğlərindən Zərərçəkmiş şəxs3 cəmi 100 manat məbləğində pul ödəmişdir. Onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulub 5700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu ona ödənilməsi qət edilmişdir. Qətnamə qəbul edildikdən 03 ay sonra ondan bank kartı varsa şəklini göndərməsini və ona ödəniş edəcəyini bildirsə də, bu günədək bəhanələr gətirərək borc məbləğindən heç bir ödəniş etməmişdir. Bu məsələ ilə bağlı icra məmuru da dəfələrlə Şəxs ona olan borcunu ödəməsini bildirsə də, heç bir nəticə əldə olunmamışdır. Borc məbləğinin hissə-hissə ödənilməsinə razı deyildir, bütün ödənilməsini bildirdi. Ona görə də, onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 4600,00 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs ilə qonşu olduqlarını, daha əvvəl ona satmaq üçün qızıl verdiyini və onun da qızılı satıb pulu vaxtında qaytardığını bildirdi. Lakin sonra satmaq üçün bir şəhid ailəsinin qızıllarını ona vermiş, o da qızılları satdıqdan sonra pulu qaytarmamışdır. Qətnamə qəbul olunduqdan sonra cəmi 100 manat məbləğində pul ödəmişdir. Dəfələrlə ona borcunu ödəməsini bildirsə də, bu günədək cəmi 100 manat məbləğində pul ödəmişdir. Ona görə də, onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən Şəxs 600,00 manat borc pul tutularaq ona ödənilməlidir. Lakin borclu bugünədək qeyd olunan borcu ödəməmişdir. Halhazırda borcun tam ödənilməsini tələb edərək borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan tutulub 5700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs1, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 4600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs3 və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 600,00 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Bundan əlavə o Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1812/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmuşdur. Zərərçəkmiş şəxs1 heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs3 qətnamə qəbul edilməmişdən əvvəl 800 manat, qətnamə qəbul edildikdən sonra isə 100 manat məbləğində pul ödəmiş, Zərərçəkmiş şəxs2 isə 600,00 manat pul ödəmişdir. hal-hazırda o fərdi əməklə məşğuldur və qeyd olunan borclardan hər ay 50,00 manat ödəməyə mddi imkanının olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İş materiallarında olan 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulub 5700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulub 4600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 2(060)-7836/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 2(060)-7836/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs 600 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-554/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1812/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarların izahatlarını dinləyərək və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və o, həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1812/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmasına dair icra sənədini də qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətdən artıq keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən ona İXM-nin 529.2-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən tələbi üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə və ictimai işlər növündə inzibati tənbehlər tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 700 (yeddi yüz) manat məbləğində cərimə olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək X5 tətbiq edilməklə 200 (iki yüz) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Qərarın cərimə tənbehinin icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, ictimai işlər tənbehinin icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə X5ni gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Şəxs təyin olunmuş inzibati tənbeh tədbirləri müstəqil icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3097/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3097/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver