Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-31/2021 03.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt Şəhər Prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X2, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, Sumqayıt Şəhər Prokurorunun Şəxs barəsində inzibati xəta haqqında 26 noyabr 2020-ci il tarixli qərarı əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Prokuroru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir ona görə ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, Qəhrəmanov küçəsində yerləşən çayxananın sahibkarı Şəxs tərəfindən Sumqayıt Su kanal İdarəsi ilə aralarında "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə" dair müqavilə bağlanmadan və müvafiq su ölçən cihaz- su sayğacı quraşdırılmadan d-15 mm-lik plastmas boru vasitəsilə qanunsuz olaraq sudan istifadə edilmiş və "xxxx" ASC tərəfindən verilmiş, 18.08.2020-ci il tarixli qeyri qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən dəymiş ziyanın məbləği 2196 manat təşkil etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxananın qarşısında 3x4 kv. metr ölçüdə köhnə taxtalardan olan çayxana işlədir. Həmin çayxana qanunsuz fəaliyyət göstərir, yəni torpaq sahəsi sənədsizdir. Orada 3 ədəd stol qoyub çay verir, gündəlik təxminən 3-4 mnat pul qazanır. Təxminən bir neçə ay əvvəl su pulu az gəlsin deyə yataqxanaya gedən 15 mm-lik su borusuna qanunsuz olaraq qoşulmuşdur. 18 avqust 2020-ci il tarixdə “Sumqayıt su kanal” idarəsinin əməkdaşları onun çayxanasına baxış keçirmiş və qanunsuz olaraq su xəttinə qoşulub istifadə etdiyi üçün akt tərtib etmişlər. Həmin aktı əməkdaşlar və özü də imzalamışdır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Sumqayıt Şəhər Prokurorunun köməkçisi X1 Səfər Siyavuş oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 18.08.2020-ci il tarixli 007053 saylı aktdan görünür ki, obyektə baxış keçirilən zaman aydın olmuşdur ki, d-15 mm-lik plastmas boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə olunmuşdur. 1098 kubmetr miqdarında 2196 manat dəyərində içməli su xidmətindən qeyri-qanuni istifadə edilməklə "xxxx" ASCyə ziyan vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7 maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin qeyd hissəsində az miqdarda dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1967-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olmuş, Sumqayıt şəhəri, Hacıbəyov küçəsi, məhəllə 15, yataqxana 3, ev 1A-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-31/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-31/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver