Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-31/2025 13.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X10, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin nümayəndəsi X15 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X16 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Abşeron-Xızı Regional şöbəsinin 16 dekabr 2024-cü il tarixli, MN №1809519 saylı qərarına əsaən İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 4200 manat cərimə edilmişdir. Hesab edir ki, qərar qanunsuz olduğuna görə ləğv edilməli və inzibati xətalara dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, fərdi sahibkardır, himayəsində azyaşlı uşaq olduğu üçün bir çox idarələrə gedə bilmir. Bununla əlaqadar o, X17 13 mart 2024-cü ildə etibarnamə vermişdir. Etibarnamədə onu AQTİ təmsil etməyi, ona məxsus istənilən arayışları, sənədləri və çıxarışları təqdim edib təhvil almağı, sənədləri aldığına dair imza etməyi, ərizələr verməyi, sənədlərin dublikatlarını almağı, rüsum və digər ödənişləri həyata keçirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. X23 Xidməti Abşeron-Xızı Regional şöbəsi qərarını onunla əsaslandırmışdır ki, o, etibarnamə yox ,əmək müqaviləsi bağlamalı idi. Protokolun olmasına dair onlara nə məlumat, nə də onun surəti təqdim edilməmişdir. Bu isə onu göstərir ki, X23 iş üzrə araşdırma aparmadan, faktiki halları müəyyən etmədən birbaşa protokol tərtib etmiş və sonradan qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Abşeron-Xızı Regional şöbəsi faktiki hallara qiymət vermədən, tam araşdırma aparmadan onun məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Abşeron-Xızı Regional şöbəsi tərəfindən onun barəsində qərarın qəbul edilməsi qanunları bilməməkdən və onları təcrübədə tətbiq edə bilməməkdən və ya Azərbaycan Respublikası qanunlarına etinasız yanaşmasından irəli gəlir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X16 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən 168 kəsim məntəqəsi vardır və o, yeganə qadındır ki, Lənkəran və Masallı rayonunda həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, ət kəsimi yeri işlədir. Yeni övladı dünyaya gəldiyi üçün qaynı Teymur Məmmədova etibarnamə vermiş, həmin fermaya əsasən o, kəsim yerində olmadığı vaxtlar pul köçürmə, birka alma və digər əməliyyatların aparılması Teymura etibar etmişdir. İsrafil adlı qəssab onların kəsim yerində kəsim apardıqdan sonra rüsum ödəməmiş, ona görə də, qaynı Teymura gedib ondan nəyə görə rüsumu ödəməməsini soruşmağını bildirmişdir. İsrafil də AQTA tərəfindən artıq rüsum aldığı üçün Lənkəran rayon Prokurorluğuna müraciət etmişdir. Bu ərəfədə Prokurorluqdan çağırılmış, o da rüsumların hansı məbləğdə olması barədə izahat vermişdir. Daha sonra qaynı Teymur da Prokurorluğa dəvət olunmuş və izahatı alınmışdır. Teymur xəstə adamdır, gözləri zəifdir və 62 yaşı vardır. Teymur özü də Prokurorluq orqanında izahatı onların yazdığını, gözləri zəif olduğu üçün izahatı oxuya bilməmiş və onun isə imzaladığını bildirmişdir. Ona zəng gələrək X23 Xidmətinin X5 məktub olduğunu, gəlib həmin məktubu götürməsi deyilmişdir. O da, məktubu götürmüş və səhərisi gün X23 Xidmətinin X11 getmiş, orada Asim adlı şəxslə görüşmüş, əmək müqaviləsi olmadan Teymur adlı şəxsi işə cəlb etdiyini bildirmişdir. Daha sonra onun xəbəri olmadan 4200 manat cərimə edilmişdir. X23 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin nümayəndəsi X22 şikayətlə razılaşmayaraq bildirmişdir ki, İsrafil adlı şəxs Lənkəran rayon Prokurorluğuna şikayət edərək ondan çox rüsum alındığını bildirmiş, şikayətə əsasən Teymur çağırılmış və izahat verərək həmin yerdə işlərə nəzarət etdiyini, sahibkarlıq fəaliyyəti sahəsində göstərilən xidmətlərə dair 19,60 manat rüsumları AQTA-ya çatdırmışdır. Bununla əlaqədar prokurorluq qərar qəbul etmiş, inzibati xəta haqqında icraat başlanılmış, qərar X23 Xidmətinin X11 göndərilmiş və inzibati qərar qəbul edilmişdir. Fakt sübuta yetirilmişdir, belə ki, Ziyadə xanım da Prokurorluqda Teymur barəsində həmin işlərin görülməsini etiraf etmişdir. Əməldə birbaşa Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi vardır, yəni əmək müqaviləsi qüvvədə olmadan fiziki şəxsin hər hansı bir işləri yerinə yetirməsinə cəlb etmişdir. Qərar əsaslıdır. Göstərilən halları nəzərə alaraq X10 şikayətinin təmin edilməməsini və X23 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və tədqiq edilmiş Lənkəran rayon prokuroru X26 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın Başlanması haqqında” qərardan görünür ki, vəzifəli şəxs X16 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan və tədqiq edilmiş X23 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Lənkəran rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli 24-1-2-2-438-1683-7 nömrəli qərarına əsasən məlum olmuşdur ki, Məmmədova Ziyadə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozmuş, X14 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlər göstərilməsinə cəlb edilmişdir. İş materiallarında olan və tədqiq edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, etibarnamə üzrə X16 tərəfindən X17 verilən səlahiyyətlər: məni, AQTİ təmsil etməyi, mənə məxsus istənilən arayışları, sənədləri və çıxarışları təqdim edib təhvil almağı sənədləri aldığına dair imza etməyi, ərizələr verməyi, sənədlərin dublikatlarını almağı, rüsum və digər ödənişləri həyata keçirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm. Etibarnamə 4 il 2 gün müddətinə verilib və xx.xx.2028 il saat 23:59-dək qüvvədədir. İş materiallarında olan X4 izahatından görünür ki, o, kəsimxananın işçilərini tanımır, hamısını üzdən tanıyır. Ona əsassız olaraq tətbiq edilmiş inzibati cərimələr silinməsi, kəsimxananın və X6 Lənkəran regional bölməsinin əməkdaşları barəsində tədbir görülməsini xahiş etmiş, ondan pul alan şəxsin kimliyini bilmirəm, ama bilirəm ki, həmin şəxs kəsimxananın işçisidir. İş materiallarında olan X14 izahatından görünür ki, X16 ilə müqavilələri yoxdur, ona Z.Məmmədova etibarnamə vermişdir, məntəqədə gəlir olmadığı üçün əmək haqqı almır, gələcəkdə gəlir olanda əmək haqqı alacaq. İş materiallarında olan X10 izahatından görünür ki, xx.xx.2024-cü il tarixində qaynı Teymur Məmmədli ödənişləri alıb onun adından AQTA-ya ödənişlər etmişdir. İş materiallarında olan X19 izahatından görünür ki, xx.xx.2024-cü il tarixində Teymur Məmmədov, yəni kəsimxananın işçisi İsrafil Qurbanovdan aldığı 19,60 manat ödəniş kəsimxananın ödənişi, 5,40 manat baytarlıq ekspertizasının pulu, 5 manat isə birka pulu olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X16 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə müəyyən edilmişdir ki, X16 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4200 manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı X23 Xidmətinin Abşeron-Xızı regional Şöbəsində aparılan araşdırma Lənkəran rayon prokurorluğunda xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və əlavə edilmiş izahatlara əsaslanmış, əlavə araşdırma aparılmamışdır. Lənkəran rayon X1, X8, X18, X3 alınmış izahatlar əlaqəli şəkildə təhlil edildikdə, T.Məmmədlinin xx.xx.2024-cü il tarixində ət kəsiminin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlərdə olması təsdiqini tapsa da, bu fəaliyyət mütəmadi, sistematik və davamlı xarakter daşımır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb olan X4 Lənkəran rayon Prokurorluğuna vermiş olduğu izahatında kəsimxanada işləyən işçilərin kimliyi barədə hər hansı məlumat yoxdur. X7 baytar mütəxəssisi vəzifəsində işləyən X19 izahatında xx.xx.2024-cü il tarixində kəsimxananın ödənişinin, baytarlıq ekspertizası pulunun işçi Teymur Məmmədova ödənilməsi barədə qeyd edilənlər sonuncunun Ziyadə Məmmədova ilə əmək münasibətlərində olması halını təsdiq etmir. X14 prokurorluğuna həmin məntəqədə işləməsi, ora nəzarət etməsi məzmununda verdiyi izahat onun Ziyadə Məmmədova ilə əmək münasibətində olması təəssuratını yaratsa da, digər fəaliyyətinin rüsumlarla əlaqəli olması və verilən suallara cavab olaraq əmək haqqı almamasını barədə bildirdikləri də inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət deyil. Barəsində inzibati xəta haqqında icraat başlanılan şəxs Ziyadə Məmmədovun prokurorluqda izahatı alınarkən qaynı Teymur Məmmədli ilə aralarında hər hansı əmək münasibətinin olub-olmaması araşdırılmamış, əlavə suallar verilməmiş, yalnız xx.xx.2024cü il tarixində sonuncu tərəfindən AQTA-ya ödəniş edilməsi barədə deyilənlərin qeyd edilməsi ilə kifayətlənilmişdir. Həmçinin, Azərbaycan Qida Təhlükəsizliyi X2 təmsil olunması üçün qohumu X17 mülki hüquqlarını həyata keçirməsi ilə bağlı notarial etibarnamə xx.xx.2024-cü il tarixində ət kəsiminin iştirakında sonuncuya hüquq verir. xx.xx.2023-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Teymur Məmmədlinin xx.xx.2024-cü il tarixində Ziyadə Məmmədovanı AQTİ-də təmsil etməsi, həmin qurumdan aldığı zəruri sənədləri müştəriyə və ya baytara təqdim etməsi mütəmadilik, sistematiklik və davamlı xarakter kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün qanunverici iki əlamətin mövcudluğunu tələb etmişdir. 1) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməməli; 2) işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixində AQTA-da ət kəsimi ilə bağlı rəsmiləşdirmədə Teymur Məmmədlinin iştirakı onun Ziyadə Məmmədova tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirilən bilməz. Hüquqda ümumi qəbul edilmiş prinsip və normalara əsasən hər hansı şəxsin əməlində inzibati xəta və ya digər hüquq pozuntusunun olmasını sübuta yetimə vəzifəsi müvafiq araşdırmanı aparan orqanın üzərinə üzərinə düşür. Sübut etmə dedikdə isə iş üzrə toplanmış sübutların elə məcmusu başa düşülür ki, onların birgə təhlili yekun və təkzib olunmaz nəticəyə gəlinməsi üçün kifayət etsin. İş üzrə gəlinmiş yekun qənaət isə ehtimal və fərziyyətlərə əsaslana bilməz. İndiki halda X21 Xidməti Lənkəran rayon prokurorluğunun ziddiyyətli və natamam izahatlarına əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X10 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X10 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-31/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-31/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver