Məhkəmə qərarları › İş №3(060)-310/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-310/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-310/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin inzibati xəta haqqında iş üzrə 06.01.2022-ci il tarixli 11000/0047 №li qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin 06.01.2022-ci il tarixli 11000/0047 №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətlə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. X2 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 06 yanvar 2021 -ci il tarixli 11000/0047 saylı inzibati xəta barədə qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Məktub onun ünvanına gec çatdırıldığından fiziki şəxsin inzibati xəta üzrə icraatda iştirak etməyi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xəta barədə 11000-0047/22 saylı, 06 yanvar 2022-ci il qərar 17 yanvar 2022-ci il tarixdə onun ünvanma rəsmi qaydada daxil olmuşdur. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hallarından ibarətdir. İnzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olunmuşdur. Bununla bağlı bank hesabından, kart hesabından çıxarışlar məhkəmə iclasında məhkəməyə təqdim ediləcəkdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 27.01.2022ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 07 fevral 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs X2 və QƏB Gömrük idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə şikayət vermiş şəxs X1 və QƏB Gömrük idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, QƏB Gömrük İdarəsinin inzibati xəta haqqında 06.01.2022-ci il tarixli, 11000/0047 saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 №-li Fərmanı ilə təsfiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasını təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3.-cü bəndinin tələblərinə əsaən 180 gün müddətinə xarici valyuta vasitələri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. İxrac olunmuş malın müqabilində qaytarılmalı olan 1.476 ABŞ dolları məbləğində vəsait X2 tərəfindən qısa müddət ərzində qaytarılması təmin olunmamışdır. Bu səbəblə də X2 İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmiş və İXM-nin 483-cü maddəsində qeyd hissəsində göstərilən miqdar götürülməklə həmin dəyərin 40% miqdarında yəni, 1.003,96 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. X2 şikayət ərizəsində inzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olduğunu, bununla bağlı bank hesabından, kart hesabından çıxarışlar məhkəmə iclasında məhkəməyə təqdim edəcəyini bildirsə də, X2 tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin inzibati xəta haqqında iş üzrə 06.01.2022-ci il tarixli 11000/0047 №li inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar