Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-310/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Sumqayıt regional X3 İdarəsi tərəfindən Şəxs MMC (VÖEN 1********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izhaatında bildirmişdir ki, tərtib edilmiş protokol əsassızdır. Belə ki, X3 İdarəsinin əməkdaşları tərəfindən yoxlama zamanı üç pozuntu qeyd edilmişdir. Bunlardan birinci tavan örtüyünün lambirlə üzlənməsi göstərilir. Bu hal yanğın təhlükəsizliyi qaydalarının pozuntusu kimi qəbul edilə bilməz. İkinci halda malların pərakəndə şəkildə yığılması qeyd edilir ki, bu da pozuntu deyil. Belə ki, pərakəndə yığılmış mallar dərhal da götürülə bilər. Üçüncü pozuntu kimi isə qeyd edilib ki, pəncərələr dəmir barmaqlıqla üzlənmişdir. Bu halın özü də pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, mağazada oğurluq hadisəsi olmasın deyə çöl tərəfdən pəncərələrə dəmir barmaqlıq vurulmuşdur. Hər hansı bir hadisə olarsa FH əməkdaşları çöldən həmin dərmir barmaqlıqları götürə və hadisəyə müdaxilə edə bilərlər. Digər tərəfdən hətta pozuntu olsa da cavabdeh Şəxs MMC deyil, buna məsul olan şəxs olmalıdır. Belə ki, Şəxs MMC-nin direktorunun əmri ilə mağaza müdirləri bütün məsələlərə, o cümlədən yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin edilmişdir. Bundan başqa protokol tərtib edilərkən onların iştirakları təmin edilməmiş, birtərəfli qaydada araşdırma aparılmışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayənəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol, yanğın-texniki müayinə aktı və digər sənədlərlə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanın törədilməsi sübuta yetirilir. İş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə məxsus Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən ərzaq mağazasında planlı yanğın texniki müayinəsi zamanı YTQ № 01-2001 b. 4.1-4.17, 5.1-5.6 və 6.1-6.10-cu bəndlərinin tələblərinin pozulması müəyyən edilmişdir. Protokolu nümayəndə X2 imzalamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 0107 nömrəli yanğın texniki müayinə aktından görünür ki, Şəxs MMC-yə məxsus ərzaq mağazasında yoxlama zamanı aşağıdakı pozuntular aşkar edilmişdir: - tavan örtüyünün lambirin konsturksiya ilə üzlənmişdir; - mallar pərakəndə şəkildə yığılmışdır; - pəncərələr dəmir barmaqlıqlarla üzlənmişdir. Həmin aktı nümayəndə X2 imzalamışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2025-ci il tarixli KY252265766 saylı çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Xəzər bağlarında yerləşən Şəxs MMC-yə məxsus ərzaq mağazasında plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)- 2078/2025 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və yerinə yetirilməməsi öz təsdiqini tapmışdır. Barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında Sumqayıt regional X3 İdarəsində araşdırmanın birtərəfli aparılmasını, onların iştirakının təmin edilməməsini, pozuntu kimi qeyd edilmiş halların yanğın təhlükəsizliyi qaydalarında nəzərdə tutulmadığını və pozuntuya görə MMC-nin deyil mağaza müdirinin məsuliyyət daşımasını, ona görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Nümayəndənin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Sumqayıt regional X3 İdarəsinin əməkdaşları tərəfindən yanğın texniki müayinə aktı və inzibati xəta haqqında protokol yerində tərtib edilmiş və həmin vaxt mağazada olan məsul şəxs tərəfindən imzalanmışdır. Digər tərəfdən yanğın texniki müayinə aktında qeyd edilmiş hallar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nda nəzərdə tutulmuşdur. Həmiçinin nəzərə almaq lazımdır ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi vəzifəli şəxsin məsuliyyətini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2001-ci il 25 may tarixli 85 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 4.8-ci bəndinin 9-cu abzasına əsasən müəssisələrin, binaların və tikililərin otaqlarında müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər quraşdırmaq qadağandır. Həmin qaydaların 4.8-ci bəndinin 12-ci abzasına əsasən müəssisələrin, binaların və tikililərin otaqlarında binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq qadağandır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.2-ci maddəsinə əsasən Şəxs MMCnin İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın olmasını, məsuliyyəti yüngülləşdirən halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati cərimə edilməlidir. Müəyyən edilmişdir ki, Şəxs MMC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2078/2025 saylı qərarı Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində şərti olaraq inzibati cərimə tətbiq edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Ona görə də hazırki iş üzrə inzibati cərimə şərti tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənləri, həmçinin Azərbaycan Respublikası İXM-in 114-55 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: 1********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-310/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-310/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver