Məhkəmə qərarları › İş №3(060)-3100/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3100/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3100/2021 20.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- X3 iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 17.09.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, X6 17.09.2021-ci il tarixdə saat 18:15 radələrində Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 bildirdi ki, 17.09.2021-ci il tarixdə təsadüf nəticəsində RMP-də bir yerdə müalicə aldığı dostu Namiqlə görüşmüş və sonradan yemək yemək məqsədi ilə Sumqayıt şəhəri, 15-ci mikrorayon ərazisində yerləşən “Dərələyəz” kafesində əyləşmişlər. Kafedə hər ikisi spirtli içki qəbul etmiş, sonra gəzmək məqsədi ilə Sumqayıt şəhər, Şəhidlər Xiyabanına getmək qərarına gəlmişlər. Orada bir qədər gəzdikdən sonra təbii ehtiyaclarını ödəmək məqsədi ilə orada olan ağaclığa yaxınlaşmış və təbii ehtiyacını ödəmişdir, sonra orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış və onları nizam-intizama dəvət etmişlər. Həmin vaxt içkili omağı səbəbindən polislə aralarında anlaşılmazlıq olmuş və məhz etdikləri hərəkətə görə onları bölməyə gətirmişlər. Etdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X4 bildirdi ki, 17.09.2021-ci tarixdə polis əməkdaşı kimi xidmətdə olarkən Sumqayıt şəhər, Şəhidlər Xiyabanı daxilində məzarın yanında iki nəfərin olduğunu, bir nəfərin təbi ehtiyacını ödədiyini görmüş, onları nizam intizama dəvət etmiş, həmin şəxslər sərxoş olduqlarından onların qanuni tələblərinə məhəl qoymamış, həmin bir nəfər hərəkətlərini davam etdirmişdir. Onlar kömək üçün müraciət etmiş, avtopatrul gələrək onların köməyilə həmin şəxsləri 3-cü Polis Bölməsinə təhvil vermişlər. Orada məlum olmuşdur ki, təbii ehtiyacını ödəyən şəxs X5r. İş materiallarında olan tibbi müayinə aktından görünür ki, X6 orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. X3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. X3 məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə X2 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 20 sentyabr 2021-ci il tarixdən, saat 13.10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 20 sentyabr 2021-ci il tarixdən, saat 13.10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar