Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3101/2021 20.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Yuxarı Mollu Ə/D, Yuxarı Mollu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə 17 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 17.09.2021-ci il tarixdə, saat 18:15 rdələrində Sumqayıt şəhəri “Şəhidlər Xiyabanı”nda ictimai qaydanı pozan xuliqanlıq hərəkətləri etmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 17.09.2021-ci il tarixdə dostu Qəşəm ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon əraisində yerləşən “Dərələyəz” kafesində əyləşib bir neçə qədəh alkoqollu içki qəbul etdikdən sonra onlar Sumqayıt şəhəri “Şəhidlər Xiyabanı”na getmək qərarına gəldilər. Orada bir qədər gəzdikdən sonra “Şəhidlər Xiyabanı”nda ağacların arasında dostu Qəşəm öz təbii ehtiyacını (xoşagəlməz hərəkət) edərək inzibati ərazidə xidmət edən polis əməkdaşları onlara görüb yaxınlaşıb nizam intizama dəvət etdilər. Lakin onlar içkili olmaqları səbəbindən aralarında anlaşılmazlıq yaranmışdır. Daha sonra PPX-nin əməkdaşları onları Sumqayıt şəhəri polis idarəsi 3-cü polis bölməsinə gətirdilər. Əməlindən peşmandır və barəsində yüngül cəza qəbul edilməsini məhkəmədən ədalətli xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş X3 izahatında bildirdi ki, 17.09.2021-ci il tarixdə təxminən saat 18:15 rdələrində Sumqayıt şəhəri “Şəhidlər Xiyabanı”nda inzibati ərazidə digər polis nəfərləri ilə birgə xidmətdə olarkən iki nəfər şəxsin nalaiq hərəkətlər etdiyini görüb, onlara yaxınlaşaraq özlərini təqdim etdilər. Vətəndaşın biri adı Qəşəm olanı “Şəhidlər Xiyabanı” daxilində öz təbii ehiyyacını ödəyirdi. Şəxs isə yüksək səslə ünvansız nalayiq söyüşlərdən istifadə edirdi. Onları nizam intizama dəvət etməklərinə baxmayaraq öz hərəkətlərinə davam edirdilər. Daha sonra radiostansiya vasitəsilə “9176” çağrışlı avtopatrulu qeyd olunan əraziyə dəvət etdikdən sonra onlar avtopatrula əyləşdirilib aidiyyəti üzrə 3-cü polis bölməsinə aparılıb təhvil verildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin, sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 17.09.2021-ci il tarixli, A/841 №-li protokoldan görünür ki, Şəxs 17.09.2021-ci il tarixdə, sərxoş vəziyyətdə olmuşdur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs peşmançılığını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3101/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3101/2021
20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver