Məhkəmə qərarları › İş №3(060)-311/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-311/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-311/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru - X11 oğlunun iştirakları ilə, xx.xx.1978-ci il təvəllüdlü, Xaçmaz rayonu Çarxı kəndində anadan olmuş, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi yaşayış evi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən 23 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-367/2020 saylı 12.02.2021-ci il tarixli icra sənədinə əsasən tərəflərin 21.05.2004-cü il təvəllüdlü X5 və 13.07.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07.08.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 145 manat aliment olmaqla ümumilikdə 290 manat aliment X2 alınıb Zərərçəkmiş şəxs verilməlidir. Şəxs 20 manat dövlət rüsumunun 10 manatı Zərərçəkmiş şəxs verilməlidir. Şəxs 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə Şəxs 4930 manat aliment borcu yaranmışdır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 oğlu Məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)- 367/2020 saylı 12.02.2021-ci il tarixli icra sənədinə əsasən tərəflərin 21.05.2004-cü il təvəllüdlü X5 və 13.07.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07.08.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 145 manat aliment olmaqla ümumilikdə 290 manat aliment X2 alınıb Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə Şəxs 4930 manat aliment borcu yaranmışdır. Borclu şəxs tərəfindən bu günə qədər icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2(060)-367/2020 saylı 12.02.2021-ci il tarixli icra sənədinə əsasən tərəflərin 21.05.2004-cü il təvəllüdlü X5 və 13.07.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07.08.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 145 manat aliment olmaqla ümumilikdə 290 manat aliment ondan alınıb Zərərçəkmiş şəxs verilməlidir. Bugünə qədər 4930 manat aliment borcu yaranmışdır. Borcundan indiyədək heç bir ödəniş edə bilməməsinin səbəbi işsizlik olmuşdur. Evlilik dövründə ailəsinə baxmış və bütün ailə təlabatlarını ödəmiş, lakin hazırda da ödəniş edə bilmir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxsicra sənədi üzrə borclu şəxs Şəxs şikayətçi olduğunu, onun indiyədək icra sənədi üzrə heç bir aliment ödənişi etmədiyini, özü xadiməliklə məşğul olaraq uşaqlarını təkbaşına saxladığını bildirərək barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, barəsində protokol tərtib olunmuş şəxsin, icra sənədi üzrə tələbkarın və protokolu tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən indiyədək heç bir aliment ödənişinin edilməməsi onun qərəzli olaraq və üzrsüz səbəbdən Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını bir daha sübut edir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin izahatı və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1460/2021 saylı 23.04.2021-ci il tarixli qərarəndan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 367/2020 saylı 12.02.2021-ci il tarixli icra sənədi icra edilmədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, protokol tərtib olunan dövrə Şəxs adına qeydə alınmış əmlak və onunla bağlanmış əmək müqaviləsi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzrlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar