Məhkəmə qərarları › İş №3(060)-311/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-311/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-311/2025 04.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasına dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3nin qəbul etdiyi etdiyi xx.xx.2024-cü il tarixdə İXP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv edilməsini, "xxxx" MMC barədə qanunsuz və əsassız tənbeh vermə haqqında qərar inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilərək AR DİN Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3nə müvafiq Təqdimat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayət ərizəsi mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. - 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. İş materiallarına əsasən müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sənədlər Məhkəməyə natamam şəkildə təqdim edilmişdir. Belə ki, şikayət ərizəsinə barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmiş, həmçinin belə bir qərarın mövcud olması iş materialları ilə müəyyən edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar