Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3111/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs-X1 iştirakı ilə, X1 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin 17.08.2021-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin 20.09.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 AZN məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsitərəfindən tərtib edilmiş TP ******* saylı 20 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş 20.09.2021-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, 20.09.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi Hyundai İX-35 minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərində avtovağzal ərazisində "Dədə Qorqud" restoranının qabağında üzü bazar istiqamətində dönərkən 99YP158 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis baş serjantı X2 ona saxla əmri vermişdir. Avtomobilini saxladıqdan sonra ona yolayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. O ona hansı yol hərəkəti qaydasını pozduğunu dəqiq soruşsa da, dəqiq olmayan qeyrimüəyyən cavablar vermişdir. O ondan qayda pozuntusunun videogörüntülərini tələb etdikdə ona heç bir qayda pozmadığını, gedə biləcəyini bildirmişdir. O biraz getdikdən sonra ona cərimə barədə SMS bildiriş gəlmişdir. Bundan sonra görüntüləri tələb etsə də, videogörüntüləri ona təqdim etməmişlər. Barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilərək TP ******* saylı inzibati tınbehvermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs-X4 şikayətini təsdiqləyərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş Sumqayıt Şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və işə əlavə edilmiş diskdəki görüntülərə baxış keçirilmiş, həmin görüntülərdə X1 yolayrıcını keçmə qaydalarını pozması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Beləliklə, X1 şitkayəti əsassız olduğundan rədd edilməlidir. X4 yolayrıcını keçmə qaydalarını pozmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin 20.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3111/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3111/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver