Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3116/2024 20.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi ilə, Sumqayıt Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Dadaşzadə Fərhad Əqil oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: Dadaşzadə Fərhad Əqil oğlu Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan Dadaşzadə Fərhad Əqil oğlu tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixlidir, şikayət isə 20 (iyirmi) gündən artıq müddət keçdikdən sonra verilmişdir. Eyni zamanda şikayət ərizəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmişdir, lakin həmin qərar xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Dadaşzadə Fərhad Əqil oğlu şikayət ərizəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2024-cü il tarixdə əldə etdiyi bildirsə də, bu barədə hər hansı sənəd iş materiallarına əlavə etməmişdir. Dadaşzadə Fərhad Əqil oğluna Sumqayıt ŞPİ Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsində olan nöqsanları aradan qaldıraraq şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Dadaşzadə Fərhad Əqil oğlu tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Dadaşzadə Fərhad Əqil oğluna Sumqayıt Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsində olan nöqsanları aradan qaldıraraq şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3116/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3116/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver