Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-312/2021 25.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “xxxx” MMC-də operator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Mərdəkan qəsəbəsi, təzə məhəllə 83 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25.01.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 22.01.2021-ci il tarixdə saat 14:40 radələrində Şəxs H.Z.Tağıyev qəsəbəsidən Bakı-Quba yolunun 52-ci km stasionar postda polisin tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 25 yanvar 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 2ci polis bölməsinin sahə rəisi X3 protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, hal-hazırda Xətai rayonu, Babək prospektində yerləşən “xxxx” MMC-də sürücü işləyir. 22.01.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində “Qənd” şirkətində ekspeditor işləyən X7 ilə birlikdə idarə etdiyi **-AF-*** dövlət qeydiyyat nişanlı Toyota Pikap markalı avtomobil ilə həmişə olduğu kimi ezamiyyə vərəqəsinə uyğun olaraq Quba və Qusar rayonlarına işlə bağlı getmişdirlər. Bakı-Quba yolunun 52-ci km-dəki stasionar posta avtomaşınların daha az hərəkət etdiyi zolağa çıxaraq aşağı sürətlə digər avtomaşınların arxasınca hərəkəti davam etdirmiş və postu keçərkən heç bir polis əməkdaşı onlara yaxınlaşmamış, hər-hansı bir dayan-dur işarəsi verməmiş, onlar sakit tərzdə postu keçib qeyd olunan rayonlara getmiş, eyzamiyyə vərəqəsinə uyğun işlərini gördükdən sonra geri qayıdarkən həmin postda polis əməkdaşları onları saxlayaraq bildirmişlər ki, onlar yük maşını hərəkət edən zolağa girib o, yolla hərəkət etmişdirlər. Onlar polis əməkdaşına bildirmişlər ki, digər avtomaşınlar həmin yolla getdiyi üçün nişan pozuntusu olduğunu başa düşməmişlər. Bundan sonra karantin qaydalarını pozmaları ilə bağlı portalda icazələrinin olub-olmamasını yoxlayarkən onların hər ikisinin icazəsinin olması aşkar olunmuşdur. Buna baxmayaraq polislər onlara bildirmişlər ki, onlar polisin qanuni tələbinə qəsdən tabe olmamışlar və onları ərazi üzrə 2-ci polis bölməsinə gətirib növbətçi hissəyə təhvil vermişdirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, o, hal-hazırda Xətai rayonu, Babək prospektində yerləşən “xxxx” MMC-də ekspeditor işləyir. 22.01.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində “Qənd” şirkətində sürücü işləyən Şəxs ilə birlikdə **-AF- *** dövlət qeydiyyat nişanlı Toyota Pikap markalı avtomobil ilə həmişə olduğu kimi ezamiyyə vərəqəsinə uyğun olaraq Quba və Qusar rayonlarına işlə bağlı getmişdirlər. Bakı-Quba yolunun 52-ci km-dəki stasionar posta avtomaşınların daha az hərəkət etdiyi zolağa çıxaraq aşağı sürətlə digər avtomaşınların arxasınca hərəkəti davam etdirmiş və postu keçərkən heç bir polis əməkdaşı onlara dayan-dur işarəsi verməmiş, onlar sakit tərzdə postu keçib rayona getmiş, eyzamiyyə vərəqəsinə uyğun işlərini gördükdən sonra geri qayıdarkən həmin postda polis əməkdaşları onları saxlayaraq bildirmişlər ki, onlar yük maşını hərəkət edən zolaqla hərəkət etmişdirlər. Onlar polis əməkdaşına bildirmişlər ki, digər avtomaşınlar həmin yolla getdiyi üçün nişan pozuntusu olduğunu başa düşməmişlər. Bundan sonra karantin qaydalarını pozmaları ilə bağlı portalda icazələrinin olubolmamasını yoxlayarkən onların hər ikisinin icazəsinin olması aşkar olunmuşdur. Buna baxmayaraq polislər onlara bildirmişlər ki, onlar polisin qanuni tələbinə qəsdən tabe olmamışlar və onları ərazi üzrə 2-ci polis bölməsinə gətirib növbətçi hissəyə təhvil vermişdirlər. İş materiallarından görünür ki, Baş dövlət yol polis idarəsinin 10-cu tağımının yol patrul xidmətinin inspektoru, polis baş serjantı X8 və Sumqayıt şəhər polis idarəsinin 2-ci bölüyün polis nəfəri, polis serjantı Atakişiyev Əbdülağa Rəhim oğlu Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin rəisinə 22.01.2021-ci il tarixli raportllarla müraciət edərək, göstərmişdirlər ki, 22.01.2021-ci il tarixdə saat 14:40 radələrində Bakı-Quba yolunun 52-ci km-də xüsusi karantin postunda xidmətdə olduqları zaman Toyota Pikap markalı göy rəngli **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşın karantin postundan yük zolağı ilə hərəkət edərək dayanmadan rayon istiqaməti ilə hərəkətini davam etdirmişdir. Sonradan həmin avtomaşın tərəflərindən saxlanılmış və müəyyən olunmuşdur ki, sürücü Şəxs və sərnişin X5r. Bu barədə raport yazılaraq onlar ərazi aidiyyəti üzrə 2-ci polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs inzibati xəta haqqında 25.01.2021-ci il tarixli MN seriyalı ******* №li protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-312/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-312/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver