Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-312/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi yaşayış evində yaşayan Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 27.01.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li və MN ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs 26.12.2021-ci il və 27.12.2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə Zərərçəkmiş şəxs döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PBnın sahə rəisi polis mayoru X4 protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun sabiq həyat yoldaşıdır. İlqarla 2012-ci il tarixdə ailə həyatı qurmuşlar. Birgə nigahlarından 2016-cı il tarixdə X3 dünyaya gəlmişdir. İlqarla ailə həyatı qurduqlarından uzun müddət keçməsinə baxmayaraq onunla ailə münasibətləri təxminən 5 il olar ki, pisdir, ayrılmışlar, İlqarla aralarında mütəmadi mübahisələri onun işləməsinə baxmayaraq onlara baxmaması və İlqarın onu qısqanması ilə bağlıdır. 15.10.2021-ci il tarixdə səhər 08:00 radələrində İlqarla aralarında mübahisə yaranmışdır. Həmin vaxt İlqar evdə saç fenini götürüb başına bir dəfə zərbə ilə vurmuş, həmçinin İlqar saçından tutub saçını yolmuşdur. Daha sonra o İlqarın əlindən çıxıb baş vermiş hadisə barədə 102 xidmətinə məlumat vermişdir. 27.12.2021-ci il tarixdə təxminən saat 20:00 radələrində o evdə olan zaman İlqar sərxoş vəziyyətdə evə gəlmiş və nalayiq söyüşlərlə onu söyərək onunla mübahisə etməyə başlamışdır. Həmçinin İlqar 15.05.2005ci il təvəllüdlü qızı X2 nalayiq söyüşlərlə söyməyə başlamışdır. Ayşən ona cavab qaytardıqda İlqar Ayşənin saçından tutub dartaraq sifətindən və boğazından tutub boğaraq ona xəsarət yetirmişdir. Ayşən də İlqarın köynəyini dartıb cırmışdır. Zərərçəkmiş şəxs döyməmişdir, hər şey əksinə olmuşdur. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onu döymüşdür, ona görə də onun barəsində ciddi tədbir görülməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 yanvar 2022-ci il tarixli və 26 yanvar 2022-ci il tarixli qərarlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 1728 saylı, 28.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:sağ çiyin nahiyəsində 4,0x0,7 sm, döş qəfəsinin ön səthində 2,8x0,5 sm ölçülərdə ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli qartmaqlarla örtülü sıyrıqlar vardır. Sağ baldırın aşağı 1/3-nin ön iş səthində 8,0x4,5 sm ölçüdə qırmızımtıl-göy rəngli, qeyrimüəyyən formalı qançır vardır. Analoji qançır sağ diz oynağı nahiyyənin iç səthində 7,0x6,0 sm ölçüdədir. Bədəni üzərində digər xəsarət izləri aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq, işin hallarını, xəsarətin xarakterini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. İş materiallarından və izahatlardan görünür ki, tərəflər arasında tez-tez münaqişə baş verir, qarşılıqlı dava-dalaş olur. Göstərilən tarixlərdə də onların arasında mübahisə və münaqişə, qarşılıqlı yaxalaşma və s. olmuşdur. Təqdim edilmiş materiallardan birmənalı olaraq hadisənin Zərərçəkmiş şəxs göstərdiyi kimi və ya Şəxs göstərdiyi qaydada cərəyan etməsi barədə qənaətə gəlmək mümkün deyildir. Ekspert rəyi ayrılıqda protokolda göstərilənlərin təsdiq edilməsi üçün kifayət etmir. İşdəki sübutlarla birmənalı olaraq Zərərçəkmiş şəxs xəsarətlərin Şəxs tərəfindən və qəsdən törədilməsi təsdiq edilmir və işdə olan şübhələr də Şəxs xeyrinə həll olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-312/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-312/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver