Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-312/2024 31.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı balar massivində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 08 (səkkiz) gün inzibati həbsdən sonra qərarın qanuni qüvvəyə mindiyi gündən 01 (bir) il ərzində təkrar törədilmişdir. Hazırda 12791 (on iki min yeddi yüz doxsan bir) manat borc ödənilməmiş qalmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 13246 (on üç min iki yüz qırx altı) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaşı X1 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqında qərar qəbul olutaraq tərəflərə və məhkəməyə göndərilmişdir. Bundan sonra borclunun dəfələrlə borclunun izahatı alınmış, xəbərdarlıq olunmuş və öhdəliklərini yerinə yetirməsi bildirilmişdir. Lakin borclu maddi imkanının zəif olduğu səbəbindən öhdəliklərini yerinə yetirə bilməmişdir. Buna görə də, onun barəsində 02 (iki) dəfə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin qərarlarına əsasən hər iki dəfə 08 (səkkiz) gün müddətinə inzibati həbs olunmuşdur. Həmçinin ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Son inzibati xəta haqqında protokolun tərtib olunduğundan 01 (bir) ilə yaxın müddət keçsə də, borclu öhdəlikərini yerinə yetirməmişdir. Həmin protokoldan sonra cəmi 485 (dörd yüz səksən beş) manat ödəmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 13246 (on üç min iki yüz qırx altı) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaşı X1 ödənilməsi qət edilmişdir. O, tələbkarın evini tikmiş, damını vurduqdan sonra tələbkar evin sökülməsini və pulunun geri qaytarılmasını tələb etmişdir. Həmin məsələ ilə bağlı 2012-2015-ci illərdə tələbkarın şikayətinə əsasən Sumqayıt ŞPİ-də araşdırma aparılmış və onun da izahatı alınmışdır. Maddi imkanının zəif olduğunu və səhhətində problemlər olduğunu bildirmişdir. Lakin buna baxmayaraq tələbkar borcun tam ödənilməsini tələb edir. Dəfələrlə tələbkara müraciət etdikdən sonra ona hesab verilmiş və o da az da olsa hər ay ödənişlər etmişdir. Yəni o məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmır, sadəcə olaraq borcu tam ödəyə bilmir. Yuxarıda göstərilənləri və himayəsində 01 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam veilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 13246 (on üç min iki yüz qırx altı) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaşı X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-371/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-823/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Şəxs tələbkar X1 icra sənədi üzrə olan borcdan 485 (dörd yüz səksən beş) manat ödəniş etmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində icra məmurunu, tələbkarı və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.3-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kmi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 08 (səkkiz) gün inzibati həbsdən sonra qərarın qanuni qüvvəyə mindiyi gündən 01 (bir) il ərzində təkrar törədilmişdir. Hazırda 12791 (on iki min yeddi yüz doxsan bir) manat borc ödənilməmiş qalmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 31 yanvar 2024-cü il, saat 10:40-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-312/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-312/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver