Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3122/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 5ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı İdris Tahirovun, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, evli, məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 12/19-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Tap.az. saytında elan yerləşdirmiş və Zərərçəkmiş şəxs öz adına 300 manat pulu terminal vasitəsilə göndərtdirib ona qarşı dələduzluq edərək xırda talama etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, işsiz olduğu üçün elan saytında elan yerləşdirib tanımadığı şəxsi aldatmaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə Lalafo.az saytında “Opel Astra H” markalı avtomobil üçün disk-təkər elanı satışını görmüş və həmin saytda olan şəkilləri telefonuna köçürərək Tap.az saytında həmin şəkilləri yerləşdirmiş və altından işlətdiyi nömrəni yazmışdır. Həmçinin 4 ədəd disk-təkərin qiymətini 330 manata satdığını elanda yazmışdır. xx.xx.2022-ci il tarixdə bir nəfər tanımadığı şəxs ona zəng edərək Tap.az saytında yerləşdirdiyi 4 ədəd disk təkəri almaq istədiyini bildirmiş, həmin şəxslə aralarında 300 manata razılaşmışlar. O həmin şəxsə Goranboy rayonunda olduğunu və adının Amid olduğunu demişdir. Bundan sonra o xx.xx.2022-ci il tarixdə disk-təkərləri Bakı şəhərinə Avtovağzala gətirən taksi sürücüsünə aid ***-***-**-** mobil nömrəsini ona vermişdir. Təkrar həmin şəxs taksi sürücüsü kimi verdiyi nömrə ilə əlaqə saxladıqda o həmin şəxsə taksi sürücüsü olduğunu və 4 ədəd disktəkəri çatdırmaq üçün ona verdiklərini, hal-hazırda Goranboydan çıxmaq üzrə olduğunu və saat 18:30 radələrində Bakı şəhərinə çatacağını demişdir. Bundan sonra disk-təkəri satmaq istədiyi şəxsə vatsapp vasitəsi ilə özünə məxsus şəxsiyyət vəsiqəsinin ön tərəfinin şəklini göndərmiş və pulu ödəmə terminalı vasitəsilə ona göndərməsini demişdir. Həmin şəxs ödəmə terminalı vasitəsilə pulu onun adına göndərdi və həmin şəxsə gələn kodu ona bildirməsini demişdir və həmin şəxs ona gələn kodu ona dedikdən sonra o pulu çıxarmışdır. Daha sonra ona göndərilən pulu çıxardıqdan sonra həmin pulu xərcləmişdir. Daha sonra istifadə etdiyi nömrələri sındırıb atmışdır. Üzərindən 2 gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək onu PB-nə dəvət etdilər və gətirdilər. Etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Ailəlidir, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Kazımov X2 Amid Rafiq oğlu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə tap.az saytında “Opel-Astra H” markalı avtomobil üçün disk-təkər elanlarına baxırmış. Orada həmin maşın üçün 4 ədəd diski-təkərin 330 manata olan elanını görmüşdür. Elanda olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Amid kimi ona təqdim etmiş və Goranboy rayonunda olduğunu dedi. Onunla elanda olan 4 ədəd diskitəkərin ümumi qiymətini 300 manata razılaşmışlar. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 14:28-də diski-təkərləri Bakı şəhərinə Avtovağzala gətirən taksi sürücüsünə aid ***- ***-**-** mobil nömrəsini ona vermişdir. Saat 14:31-də o taksiyə zəng etmiş və taksi halhazırda Goranboydan çıxmaq üzrə olduğunu və saat 18:30 radələrində Bakı şəhərinə çatacağını ona demişdir. Bundan sonra diski-təkəri ona satan şəxs ona vatsapp vasitəsi ilə özünə məxsus olduğunu bildirdiyi şəxsiyyət vəsiqəsinin ön tərəfinin şəklini ona göndərmiş və həmin şəxsin Şəxs olduğu ona məlum olmuş və o xx.xx.2022-ci il tarixində saat 16:06da Sumqayıt şəhəri 41A məhəllə ərazisində yerləşən “Araz” marketdə olan “milli.ön" ödəmə terminalı vasitəsi ilə “Kapital Bank"ın "Xəzri" pul köçürtmə sistemi vasitəsi ilə həmin şəxsin ad və soyadını və mobil nömrəsini daxil edib 300 manat pulu ona göndərmişdir. Saat 16:48-də o taksiyə təkrar zəng etmişdir. O, 1 saat yarıma Bakı Avtovağzalına çatacağını demişdir. Saat 18:30 radələrində o Bakı Avtovağzalına getmişdir. Oradan taksiyə və diski-təkəri mənə satan adama dəfələrlə zəng etsə də hər iki nömrə sönülü olduğu üçün danışa bilməmişdir. 1 saat yarım orada gözlədikdən sonra aldadıldığını başa düşüb evə qayıtmişdır. O evə gəldikdə gec olduğu üçün DİN-in 102 xidmətinə ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti həmin fakt üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş həmin şəxsin müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 5-ci PB-nə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:50-də tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hərtərəfli araşdırma apardı və müəyyən etdi ki, inzibati xəta haqqında protokolda göstərilənlər işin hallarına uyğundur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun inzibati qaydada tutulduğu xx.xx.2022-ci il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3122/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3122/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver