Məhkəmə qərarları › İş №3(060)-3124/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3124/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3124/2025 15.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Almuradov Vaqif Kamil oğlunun iştirakı ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP7571418 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Almuradov Vaqif Kamil oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Kamil oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli İXP ******* saylı qərarını ləğv edib, AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilməyi barədə inzibati xəta haqqında iş üzrə icraatın xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Almuradov Vaqif Kamil oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli İXP ******* saylı qərarına əsasən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd olunanlara əsasən həmin qərarı qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə saat 13:03 radələrində o, avtomobili ilə Sumqayıt şəhəri, X2 küçələrinin kəsişməsi küçəsində hərkətdə idi. Həmin küçələrdə bir-birinə yaxın olan 2 işıqfor yerləşir. O, birinci işıqforu keçdikdən sonra 2-ci işıqforda yaşıl işıq yandığı zaman üzü dəmiryoluna tərəf gedirdi. Təxmini 300-400 metr getdikdən sonra Yol Patrul Xidməti əməkdaşının arxasınca gəldiyini görmüş və avtomobilini saxlamışlar. Maşına yaxınlaşdıqdan sonra Polis əməkdaşı özünü ona təqdim etməmiş və ona qırmızda keçdiyini bildirmişdir. Daha sonra o, Polis idarəsinə yaxınlaşmış 5-ci otağa daxil olmuşdur. O, görüntünü görmək istədiyini bildirdi. Görüntünü ona telefonunda göstərdilər. Buna baxmayaraq tarix və saat fərqli idi. Yəni onu cərimələdikləri vaxt ilə tarix üst-üstə düşmürdü. ona göstərdikləri görüntüdə saat 18:00 idi. Daha sonra görüntünü ona göndərməklərini tələb etmiş lakin qarşı çıxmışlar. Bu qanunsuz əməlin qarşısın almaq üçün məhkəməyə müraciət etmək istəyirdi. Lakin əlində heç bir akt və protokol olmadığından müraciət edə bilmirdi. Buna görə də xx.xx.2025-ci ildə öz təkidi ilə Sumqayıt şəhər DYPŞ- dən akt və protokolu tələb edərək almışdır. O, xx.xx.2025-ci il tarixli İXP ******* saylı qərarı rəsmi qaydada aldıqdan sonra məhkəməyə müraciət edir. Özümü həmin xətanın törədilməsində təqsirli bilmir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Almuradov Vaqif Kamil oğlu şikayət ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Almuradov Vaqif Kamil oğlu barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan (svetoforun və ya nizamlayacının qadağanedici işarəsi verilərkən) inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər DYPŞ-nin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasına çağrılsa da, Sumqayıt şəhər DYPŞnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Almuradov Vaqif Kamil oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7624654 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Sumqayıt şəhər X5 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Almuradov Vaqif Kamil oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7624654 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7562194 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Sumqayıt şəhər X5 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar