Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3125/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs “Bazar Store” marketin nümayəndəsi Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1 tərəfindən xx.xx.2022-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 47ci məhəllə ərazisində yerləşən “Bazar Store” marketdən 02 (iki) ədəd 05 (beş) litrlik yağ oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək öz ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Bazar Store” marketdən 02 (iki) ədəd 05 (beş) litrlik yağ oğurlamışdır. Zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən səmimi peşmandır. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bazar Store” marketin nümayəndəsi Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Bazar Store” marketdən 02 (iki) ədəd 05 (beş) litrlik yağ oğurlamışdır. Hal-hazırda Şəxs barışmışdır və onlara dəymiş ziyan ödənilmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılmasının rədd edilmiş və faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materallarında olan zərərçəkmiş şəxs Bazar Store” marketin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışdığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 19:10 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində azad edilmişdir. Şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngünləşdirilən hal kimi müəyyənləşdirildi. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək, Şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsini, onunla barışdığını və əməlindən səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 227, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3125/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3125/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver