Məhkəmə qərarları › İş №3(060)-3129/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3129/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3129/2022 19.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Elnur Qubad oğlu Qurbanlının katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Həmidov Ramil Ələddin oğlunun iştirakı ilə, Həmidov Ramil Ələddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli, EQ 11447672 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan Həmidov Ramil Ələddin oğlu tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: Həmidov Ramil Ələddin oğlu şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin polis serjanti X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 11447672 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini sxahiş etmişdir. Həmidov Ramil Ələddin oğlu şikayətində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:40-da Sumqayıt şəhəri, Nəriman Nərimanov (Corat) ərazisində “Mitsubishi Rosa avtobus” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə olunması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə) 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Törədilmiş xətaya görə barəsində İXM-nin 328.3-cü maddəsinə əsasən 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Qərarda göstərilən qanun pozuntularının heç birisi onun tərəfindən pozulmamışdır. Ona görə də o, bu qərarı həqiqətə uyğun olmayan ədalətsiz sənəd hesab edərək heç bir yerə imza çəkməmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin Polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EQ T ******* saylı qərardan xəbəri olmamış, heç bir yerə imza çəkməmiş və sadəcə telefonuna gələn bildiriş əsasında xəbəri olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EQ 11447672 saylı qərar ləğv edilməlidir. Onu da bildirir ki, mübahisə olunan qərarı xx.xx.2022-ci il tarixdə rəsmi surətdə almış, qərardan şikayət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmamışdır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 19 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirakı etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Həmidov Ramil Ələddin oğlu şikayət ərizəsinə uyğun izahat verərək inzibati tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli, EQ 11447672 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, Həmidov Ramil Ələddin oğlu barəsində xx.xx.2022-ci il tarixdə, EQ 11447672 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinib 150,00 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin WEBportal çıxarışdaşı şəkildən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:40:52-də “Mitsubishi Rosa avtobus” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, N.Nərimanov (Corat), istiqamətində 60 km/saat olan ərazidəki sürət limiti olan yerdən faktiki olaraq 116 km/saat hərəkət etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəinin İ bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-ci maddəinin İİ bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixdə saat 08:40:52-də sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda “Mitsubishi Rosa avtobus” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən Həmidov Ramil Ələddin oğlu Sumqayıt şəhəri, N.Nərimanov (Corat), istiqamətində 60 km/saat olan ərazidəki sürət limiti olan yerdə faktiki olaraq 116 km/saat hərəkət etmişdir. Bu qayda pozuntusu isə İXMnin 328.3-cü maddəsinin tərkibini yaradır. Baş Dövlət Yol Polisi İdarəsinin polis serjanti X1 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 11447672 saylı qərarı qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də Həmidov Ramil Ələddin oğlunun şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Baş Dövlət Yol Polisi İdarəsinin polis serjanti X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 11447672 saylı qərardan Həmidov Ramil Ələddin oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar