Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-313/2024 26.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, təsisçisi X19 və vəkili X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 9, Şirvanşah küçəsi olan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən 23 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 23 yanvar 2024-cü il tarixdə, saat 12:55-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, H.Əliyev prospekti 378 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır (həkim-allerqoloq X4 və s.). İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, təsisçisi X19 izahat verərək bildirdi ki, protokola etiraz edir. Səhiyyə Nazirliyi tərəfindən keçirilən planlı yoxlama hər üç ildən bir keçirilir, lakin sözügedən yoxlama iki il keçdikdən sonra aparılmışdır. Protokol ona görə tərtib edilmişdir ki, həkim allerqoloq X5 və laborant X9 müvafiq sertifikasiyadan keçmədən işə cəlb edilmişdir. Samir Xudaverdiyev tibbi sertifikasiyadan əvvəllər keçmişdir. Lakin, yoxlama aparılan dövr hələ sertifikasiya imtahanlarının başa çatmadığı dövrə təsadüf etmişdir. Bu isə həkimin təqsiri deyil. X13 əslində laborant deyil. O, kiçik tibb bacısıdır ki, onun sertifikasiyadan keçməyə ehtiyacı yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X12 təmsil etdiyi hüquqi şəxsi inzibati xətaların törədilməsində təqsirli bilməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin dispozisiyasında birbaşa sertifikasiyadan keçməmiş şəxslərdə söhbət gedir. Lakin, Samir Xudaverdiyev əvvəllər sertifikasiyadan keçmiş və yoxlama vaxtı sadəcə sertifikasiyasının müddəti bitmişdir. Həmçinin o, klinikanın baş həkimidir və öz inzibati fəaliyyəti ilə bağlı vətəndaşları qəbul etmişdir. Bu onun həkim kimi pasiyentləri qəbul etməsi anlamına gələ bilməz. Protokolun tərtib olunma vaxtı keçid dövrünə düşür. Həmin vaxt Samir Xudaverdiyev kurs dövründə olub. Qeyd edilənlərə əsasən vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün hüquqi şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X11nin xx.xx.2024-cü il tarixli, 3-28-1/3-2-3/2024 №-li qərarından görünür ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Şəxs MMC-də təşkilatın fəaliyyətinin yoxlanılması barədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X11nin planlı (növbəti) yoxlama keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 31 №-li aktından görünür ki, müəssisədə lisenziyada (lisenziya əlavəsində) göstərilən işlərə dar tibbi qeydiyyat sənədləri ARSN-nin təsdiq edilmiş formaları ilə qismən, qaydaları ilə isə düzgün ica olunmur. Tibbi fəaliyyəti üzrə (ambulator xidmətə dair Forma №30) tibbi statistik hesabatlar aparılmır. Tibb fəaliyyəti üçün istifadə olunan avadanlıqların normativ texniki uyğunluq barədə (metroloji) 2023-cü il tarixli sənədləri yoxdur. Təxirəsalınmaz ilk tibbi yardım dolabı, tərkib siyahısı olsa da, təlimat tərtib edilməyib. Havalandırma sisteminə texniki qulluq barədə, H-tipli filterin dəyişdirilməsinə dair təsdiqedici sənədlər yoxdur. Laboratoriya sahəsində istifadə edilən cihazların iş prinripinə müvafiq təlimatları tərtib edilməyib, nəzarət-kalibrasiya işləri aparılması üzrə təsdiqedici sənədlər yoxdur, soyuducu və otağın temperatura nəzarət vərəqəsi tərtib edilməyib, reagentlər ilə biomateriallar eyni soyuducuda saxlanılır, nəcisin ümumi analizi üçün müvafiq şərait təmin olunmayıb, fərdi mühafizə vasitələri natamamdır (eynək, sipər yoxdur). “Tibbi tullantıların idarə olunmasına dair tələblər”-ə tam olaraq riayət olunmur, ötən ilin (2023) son ayları üzrə zərərsizləşdirilmə "xxxx" sənədi yoxlanmaya təqdim edilmmədi. Müəssisədə təyinatı bəlli olmayan bir sıra otaqlar mövcuddur. 14 nömrəli otağa (pasiyent olduğu üçün) baxış keçirilməsi mümkün olmadı. Müəssisədə pasiyentlərin qəbul qeydiyyatı “MEDHE” elektron proqram təminatı ilə aparılır, həmin həmin proqrama əsasən cari olaraq hazırda baş həkim vəzifəsində çalışan X6 (ixtisasca həkim-allerqoloq) qəbulunda pasiyentlərin qeydiyyatı mövcuddur. Belə ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə, eləcə də 20 noyabr 2023-cü il tarixində və 2024-cü ilin yanvar ayının 22-də pasiyent qəbulu olmuşdur. Yoxlamaya təqdim edilən sənədlər (işçilərin şəxsi işləri, ƏMR-lərin qeydiyyat kitabı, davamiyyət kitabı və.s) üzərində olunan mövcud qeydlər bir-birlərini təzkib edir, eyni zamanda da natamam aparılır. Mövcud qeydiyyat jurnalları tikilməyib, möhürlənməyib (X7 - əmək kitabçasında “laborant” , lakin əmək müqaviləsinin bildiriş sənədində “kiçik tibb bacısı” vəzifəsində çalışdığı göstərilir. X10 - əmək kitabçasında “laborant”, ƏMR-lər kitabçasında (ƏMR № 06) - “kiçik tibb bacısı”, əmək bildiriş müqavilə sənədinə əsasən xx.xx.2022-ci il tarixindən etibarən xx.xx.2024-cü il tarixinədək “laborant”, xx.xx.2024-cü il tarixindən etibarən “kiçik tibb bacısı” vəzifəsində qeydə alınmışdır. Cari olaraq baş həkim vəzifəsinə təyin edilmiş X1 dair təqdim edilmiş sənədlərin əksəriyyəti ziddiyyət təşkil edir.) Klinikada cari olaraq lisenziya üzrə görülən işlərdən (təqdim edilən işçilərin rəsmi siyahısına əsasən) yanlız “pediatrik” , “allerqoloji” (“MEDHE” programına əsasən) və “klinik” “kilinik-biokimyəvi” fəaliyyətin olduğu, eləcə də ixtisaslı mütəxəssislərin mövcudluğu müşahidə edildi. Yoxlamanın ikinci sualı üzrə qeyd edilir ki, müəssisədə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. Həkimallerqoloq X6 və X10 – xx.xx.2024-cü il tarixinədək sertifikatsız “laborant” vəzifəsində çalışmışdır. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində “X11” Publik hüquqi şəxsinə daxil olmuş Şəxs MMC barəsində məlumatlardan görünür ki, Şəxs MMC ********** VÖEN əsasında hüquqi şəxs qismində Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 9, Şirvanşah küçəsi ünvanında ambulator tibbi fəaliyyətlər göstərir. İxtisas növləri üzrə allerqoloji, pediatrik, klinik və klinik-biokimyəvi işlər görülür. İş materialında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X20 "xxxx" MMC-də direktor vəzifəsində işləyir. İş materialında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 "xxxx" MMC-də məşğulluq təsnifatı üzrə: baş həkim, əmək müqaviləsi üzrə allerqoloq vəzifəsində işləyir. İş materialında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 "xxxx" MMC-də kiçik tibb bacısı vəzifəsində işləyir. İş materiallarında olan AH 029430 saylı, xx.xx.2018-ci il tarixli sertifikasiya şəhadətnaməsindən görünür ki, X2 allerqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə X10 NESSA MMC-də vahid şərtilə aylıq əmək haqqı 345 manat olmaqla ştat cədvəlinə əsasən kiçik tibb bacısı vəzifəsinə təyin edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, «NESSA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər (46). Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir (49-1). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda göstərilmişdir ki, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər (1.2.). Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər (6.1.). Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir (6.2.). İşdən göründüyü kimi Şəxsnə məxsus klinikada baş həkim, həmçinin həkim allerqoloq kimi çalışan Samir Xudaverdiyev xx.xx.2018-ci ildə sertifikasiyadan keçmiş və fəaliyyət müddəti xx.xx.2023-cü ildə bitmişdir. O, həmin müddət bitdikdən sonra 6 ay ərzində sertifikasiyadan keçməli olduğu halda bunu etməmiş və klinikada xx.xx.2024-cü il tarixdə aparılan yoxlama zamanı qeyd edilən fakt aşkarlanmışdır. X10 isə əmək müqaviləsində kiçik tibb bacısı kimi qeyd edilsə də, əmək kitabçasında “laborant” kimi qeyd edilmişdir. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materialları ilə «NESSA” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində çalışan tibb işçilərinin sertifikasiyadan keçmədən fəaliyyət buraxılması öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, «NESSA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, «NESSA” Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 215.4-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 6000 (altı min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-313/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-313/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver