Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3133/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi-X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə 23 sentyabr 2021-ci il tarixli MN №li ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 09.09.2021-ci il tarixdə saat 22:10 radələrində üzərində narkotik vasitə gəzdirməkdə və istifadə etməkdə şübhəli oldunduğu üçün saxlanılmışdır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi- X2 izahatında göstərdi ki, o təhqiqatın 13 sentyabr 2021-ci il tarixli qüvvədə olan qərarına əsasən Şəxs barəsində İXM-nın 206-cı maddəsi ilə protokol tərtib etmişdir. Həmin protokola əsasən Şəxs 09.09.2021-ci il tarixdə saat 22:10 radələrində üzərində narkotik vasitə marixuana gəzdirmsi və istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, bir neçə ay olar narkotik vasitə olan marixuana qəbul edir. 09.09.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrosunun yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 1 büküm narkotik vasitə marixuananı alıb üzərində gəzdirmişdir. 09.09.2021-cı il tarixdə Sumqayıt şəhəri 17-cı mikrorayonda yerləşən yanacaq doldurma məntəqəsinin yanında olarkən üç nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb onu saxlamış və polis əməkdaşları olduğunu bildirmişlər, sonra isə narkotik vasitələrin qanunsuz istifadə etməklə və gəzdirməklə şübhəli olduğu üçün onu saxladıqlarını üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirəcəklərini bildirib polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getməli olacağını bildirdilər. O, polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getdi. PB-nə gəldikdə bölmənin xidməti otaqların birində ona hüquq və vəzifələrini izah edib videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirdilər və o etiraz etmədi. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 büküm içərisində narkotik vasitə olan marixuana aşkar edildi. Polis əməkdaşları həmin narkotik vasitəni haradan və hansı məqsədlə əldə etməyini ondan soruşanda həmin narkotik vasitəni 09.09.2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metrosunun yanında tanımadığı və adını bilmədiyi şəxsdən 5 AZN məbləğə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı sənədləşdirmə aparmış və üzərindən narkotik vasitə aşkar edilməsi barədə tərtib edilən sənədləri imzalamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda törətdiyi əməldən peşman olmasını bildirərək ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Şəxs aşkar edilmiş və götürülmüş kütlənin narkotik vasitəyə aid olmasını və dəqiq çəkisinin müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Qərarda qeyd olunur ki, Şəxs üzərindən aşkar olunaraq götürülmüş vasitənin təmiz çəkisi 0,205 qram olan maddə narkotik vasitə-qurudulmuş marixuanadır.(kannabis) Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut Sumqayıt şəhər polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,205 qram çəkisi olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3133/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3133/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver