Məhkəmə qərarları › İş №3(060)-3135/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3135/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3135/2024 24.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X3, Katib: X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs:Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin YNH-nin inspektoru, polis mayoru X6, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Qubadlı rayonunda ayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Kürd-Mahruzlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:38-də idarə etdiyi “Opel Vectra minik” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə Sumqayıt şəhəri, Çerkassi küçəsində hərəkətdə olan zaman xx.xx.1953-cü il təvəllüdlü X2 idarə etdiyi “Chevrolet” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Çerkassi küçəsində əks istiqamətli hərəkət zolağına manevr edərək “Chevrolet” markalı avtomobillə toqquşmuş və həmin avtomobilə maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin yerinin müayinəsi zamanı Şəxs sərxoş vəziyyətdə olması ilə bağlı şübhə olduğu üçün tibbi müayinəyə aparılmış və müayinə zamanı həmin şəxsin avtomobili idarə etməmişdən öncə spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Araşdırma zamanı zərərçəkmiş şəxsin iş materialına əlavə etdiyi ziyan aktından ona maddi ziyan dəydiyi üçün Şəxs barəsində İXM-nin 333.3-cü maddəsi ilə protokol tərtib olunaraq material baxılması üçün məhkəməyə göndərilmişdir. Siğorta tərəfindən maddi ziyan qarşılandığı üçün zərərçəkmiş şəxs şikayətçi deyildir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, qeyd edilənlər doğrudur, təqsirini qəbul edir. Atasının vəziyyəti pis olduğundan dərman almaq üçün aptekə gedərkən hadisə baş vermişdir, evdə olarkən spirtli içki qəbul etmişdir. Əməlindən çox peşmandır, aliment ödəyir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, şəxs əvvəllər inzibati xəta törətməmişdir, azyaşlı uşağı vardır, aliment ödəyir. Məhkəmədən nəzərə alaraq şəxs barəsində ən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs X7 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -X1 ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:45 radələrində idarə etdiyi qohumu Quliyev Bayrama məxsus Chevrolet markalı **-CA-*** nömrəli avtomobillə Sumqayıt şəhər Çerkassi küçəsi ilə DTV qarşısında hərəkətdə olarkən əks zolaqda hərəkət edən “Opel” markalı **-RD-*** nömrəli avtomobillə onun hərəkət zolağına çıxaraq ön tərəfi ilə onun ön sol tərəfinə dəyərək toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Avtomobilə ziyan dəymişdir. Avtomobil idarə edərkən avtomobilin sahibi Quliyev Bayram yanında sağ tərəfdə oturmuşdur. -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Laccetti” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. -A/3767 saylı, 15 dekabr 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müaynə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti vardır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Beləliklə, inzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi nəticəsində maddi zərər vurması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 333.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin: - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar