Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3136/2022 12.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhislli, "xxxx" QSC-də mühəndis, kompüterlərin tətbiq edilməsi vəzifəsində işləyən, Qubadlı rayonu, Qayali Ərazi Dairəsi, Ləpəxeyranlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 12 dekabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə, saat 16:59 radələrində Sumqayıt şəhəri, Sülh Koroğlu küçələrində vətəndaş Şəxs YPX-nin inspektoruna avtomobilin açarını və sənədlərini təqdim etməmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus “Kia Optima minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Sumqyıt şəhəri, Sülh Koroğlu küçələrinin kəsişməsində YPX-nin əməkdaşları onu saxlamışdır. YPX-nin əməkdaşı ona avtomobildə konstruksiya dəyişikliyi edilməsini bildirdikdə o, buna öz etirazını bildirərək qeyd etmişdir ki, avtomobilin yayları normativ tələblər pozulmadan sport yayları ilə əvəz olunmuşdur. Buna baxmayaraq YPXnin əməkdaşı ondan avtomobilin sənədlərini və açarı tələb etdikdə o, buna etiraz edərək sədələri və avtomobilin açarını YPX-nin əməkdaşına təqdim etməmişdir. Daha sonra avtomobil evakuator vasitəsi ilə müvəqqəti dyanacağa yerləşdirildikdən sonra o, ərazi üzrə PB-nə gətirilmişdir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16:59 radələrində Koroğlu Sülh küçələrinin kəsişməsində 20-27 çağrışlı avtopatrulda xidmətdə olarkən “Kia Optima minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yayları kəsik vəziyyətdə olduğu üçün tərəfindən saxla əmri verilmiş və ekipaj yoldaşı X4 həmin sürücüyə özünü təqdim edərək qayda pozuntusunu izah etmiş, sənədlərin təqdim etməsini xahiş etmiş, lakin sürücü sənədləri təqdim etməkdən imtina etmişdir. Daha sonra avtomobilin müvəqqəti duracağa təmin edilməsini eşitdikdə inspektorun qanuni tələbinə qəsdlə tabe olmayaraq avtomobilin açarını təqdim etməkdən imtina etmişdir. Hadisə yerinə tərəfindən PPX çağrılmış və 91-36 çağrışlı PPX gələrək sürücü Şəxs PB-nə aparılmış avtomobil isə evakuator vasitəsi ilə müvəqqəti duracağa yerləşdirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3136/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3136/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver