Məhkəmə qərarları › İş №3(060)-3136/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3136/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3136/2024 27.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, Hüquqi şəxs “Ximekspress-2000” firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ-nin X4 Şöbəsi tərəfindən hüquqi şəxs “Ximekspress-2000” firmasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 18 dekabr 2024-cü il tarixli, İXP6758867 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri işin məhkəməyə hazırlanması mərhələsində hüquqi qiymət verərək hesab edir ki, iş üzrə inzibati xəta hadisəsi olmadığı üçün “Ximekspress-2000” firmasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolun məhkəməyə göndərilməsi barədə Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin 18 dekabr 2024-cü il tarixli müşayiət məktubu və 18 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, hüquqi şəxs istifadəsində olan İveco markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 (sürücülük vəsiqəsi BC021324) barəsində yol vərəqəsinə dair məlumatları (məktuba əlavə olunub) xx.xx.2024-cü il tarixdə (xx.xx.2024cü il tarixədək yol vərəqi üzrə idarə etməsinə dair) Sumqayıt ŞPİ DYPŞ-nə təqdim edilib, lakin texniki səhv olaraq BDYPİ-nin X1 (MİS) daxil edilməmişdir. Hal-hazırda qeyd olunan texniki səhv aradan qaldırılaraq yol vərəqinə dair MİS-də müvafiq qeydlər aparılmış, qeyd olunan cərimənin sürücü tərəfindən ödənilməsi təmin edilmişdir. Göründüyü kimi protokol tərtib etmiş orqanın öz məlumatına əsasən iş üzrə inzibati xəta hadisəsi mövcud olmamış, “Ximekspress-2000” firması barəsində protokol yanlışlıq səbəbindən (texniki səhv) tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil, ona görə də “Ximekspress-2000” firmasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “XİMEKSPRESS-2000” firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar