Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3138/2022 21.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X2 BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin xx.xx.2022-ci il tarixli EQ 12260867 saylı elektron qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin xx.xx.2022-ci il tarixli EQ 12260867 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayət verərək barəsində tərtib edilmiş EQ 12260867 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X2 BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin xx.xx.2022-ci il tarixli EQ 12260867 saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi Opel Zafira markalı 50CZ290 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sülh-Bakı küçələrinin kəsişməsində TŞK ilə ona 346.1 ci maddə ilə protokol tətib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq DYPİnin nümayəndəsi və qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsi barədə heç bir məlumat verməmişlər. Məhkəmə X2 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin xx.xx.2022-ci il tarixli EQ 12260867 saylı inzibati tənbehvermə haqqında elektron qərardan görünür ki, X1-Bakı küçələrinin kəsişməsində dayanma qaydalarını pozmuşdur. Buna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə-iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. X4 dayanma-durma qaydalarını pozduğuna görə tənbeh edilmişdir. Bununla bağlı sübutlar var. Qərar qanuni və əsaslıdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 346.1.-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin xx.xx.2022-ci il tarixli, EQ 12260867 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3138/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3138/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver