Məhkəmə qərarları › İş №3(060)-3138/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3138/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3138/2025 08.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Atamoğlanov Nurlan Nuru oğlunun iştirakı ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7562194 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Atamoğlanov Nurlan Nuru oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Nuru oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, ona qarşı xx.xx.2025-ci il tarixində 327.2-ci maddəsi ilə tətbiq edilmiş inzibati xətanın ləğv edilməsi və qərarın qanunsuz hesab edilərək xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Atamoğlanov Nurlan Nuru oğlu ərizəsini onunla əsaslandırmışdır ki, ona xx.xx.2025-ci il tarixində “STOP” nişanında dayanıb sonra keçdiyi halda YPX- nin inspektoru tərəfindən 327.2-ci maddə əsasında inzibat xəta tədbiq edilməsi barədə protokol tərtib edilmiş və bu barədə məlumat smsradar.az portalı vasitəsilə elektron qaydada göndərilmişdir. Lakin İnzibati protokol onun iştirakı olmadan tərtib edilib. Heç bir görüntü sübut, foto və ya video təqdim edilməyib. Smsradar.az portalında və e-polis.az sistemində qayda pozuntusuna dair heç bir görüntü yoxdur. O, e-polis portalı vasitəsilə yazılı şikayət etmiş, lakin cavab verilməmişdir. 102 qaynar xəttinə müraciət etmiş, onu Sumqayıt ŞPİ YPX bölməsinə yönləndirmiş, orada isə “müddət bitib” deyərək müraciəti araşdırılmamışdır. İnzibati xətalər məcəlləsinə asasən: Protokol tərtib edilərkən şəxsən öz izahatını vermək hüququ tanınmalıdır. Qayda pozuntusuna dair foto və ya video sübut təqdim edilmədən cərimə tədbiqi qanunsuzdur. Qeyd olunan hallar onun hüquqlarının pozulmasına, eləcə də inzibati qərarın əsassız və sübutsuz verilməsinə dəlalət edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Atamoğlanov Nurlan Nuru oğlu şikayət ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Atamoğlanov Nurlan Nuru oğlu barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan (yol ayrıcını keçmə qaydalarının pozulması) inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər DYPŞ-nin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasına çağrılsa da, Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Atamoğlanov Nurlan Nuru oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7562194 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Atamoğlanov Nurlan Nuru oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7562194 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Sumqayıt şəhər X4 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar