Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3139/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, inzibati xəta haqqında icraatın başlanmasına dair qərar qəbul etmiş orqan Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 198.3-cü maddəsi ilə Sumqayıt şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən 17 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir ona görə ki, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Sumqayıt şəhəri, X8, Azərfloat QSC-də növbə üzrə iş icraçısı vəzifəsində çalışan, Sumqayıt şəhəri, məhəllə 48, ev 3, mənzil 43-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”-ün 1,3 bəndinin və 24 iyun 2021 -ci il tarixdə "xxxx" QSC-nin direktoru X3 tərəfindən təsdiq edilmiş iş icraçısının vəzifə təlimatının 7-ci bəndinin tələblərini pozaraq işçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya nomalarına əməl etməsinə nəzarət etməyərək iş icraçısı kimi işçilərə, o cümlədən 10 iyun 2021 -ci il tarixli 248 nömrəli əmək müqaviləsi ilə “Azərfloat QSC” şüşə zavodunda qablaşdırıcı vəzifəsində işləyən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 8, mənzil 18-də yaşayan 25 yanvar 1994-cü il təvəllüdlü X5 yük avtomobilindən dəmir piramidaların boşaldılması işinin görülməsini tapşırmasına baxmayaraq, həmin işin təhlükəsiz aparılması üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrindən istifadə edilməsini təmin etməmiş, bununla da Tural Əliyev 18 iyun 2021 -ci il tarixdə saat 18 radələrində yük maşınından piramidaları boşaltmaq üçün avtomobilin yük yerinə qalxmış, dəmir piramidaları bir-birinə bağlayan kəməri kəsmiş, sıxılma nəticəsində yük maşınında gərgin vəziyyətdə olan dəmir piramida tərpənmiş və üzərinə aşan zaman avtomobildən tullanmış, dəmir piramida isə onun sol ayağına düşmüş, nəticədə T.Əliyev sol baldır sümüklərinin aşağı 1\3-nin qəlpəli yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Sumqayıt şəhər prokuroru tərəfindən Şəxs barəsində tərtib olunmuş 17 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 23.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 06 oktyabr 2021-ci il tarixdə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt şəhəri, X8, Azərfloat QSC-də növbə üzrə iş icraçısı vəzifəsində çalışan Şəxs “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”-ün 1,3 bəndinin və 24 iyun 2021 -ci il tarixdə "xxxx" QSC-nin direktoru X3 tərəfindən təsdiq edilmiş iş icraçısının vəzifə təlimatının 7-ci bəndinin tələblərini pozaraq işçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya nomalarına əməl etməsinə nəzarət etməyərək iş icraçısı kimi işçilərə, o cümlədən 10 iyun 2021 -ci il tarixli 248 nömrəli əmək müqaviləsi ilə “Azərfloat QSC” şüşə zavodunda qablaşdırıcı vəzifəsində işləyən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 8, mənzil 18-də yaşayan 25 yanvar 1994cü il təvəllüdlü X5 yük avtomobilindən dəmir piramidaların boşaldılması işinin görülməsini tapşırmasına baxmayaraq, həmin işin təhlükəsiz aparılması üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrindən istifadə edilməsini təmin etməmiş, bununla da Tural Əliyev 18 iyun 2021-ci il tarixdə saat 18 radələrində yük maşınından piramidaları boşaltmaq üçün avtomobilin yük yerinə qalxmış, dəmir piramidaları bir-birinə bağlayan kəməri kəsmiş, sıxılma nəticəsində yük maşınında gərgin vəziyyətdə olan dəmir piramida tərpənmiş və üzərinə aşan zaman avtomobildən tullanmış, dəmir piramida isə onun sol ayağına düşmüş, nəticədə T.Əliyev sol baldır sümüklərinin aşağı 1\3-nin qəlpəli yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər prokurorluğunun cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, Şəxs “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”-ün 1,3 bəndinin və 24 iyun 2021 -ci il tarixdə "xxxx" QSC-nin direktoru X3 tərəfindən təsdiq edilmiş iş icraçısının vəzifə təlimatının 7-ci bəndinin tələblərini pozaraq işçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya nomalarına əməl etməsinə nəzarət etməyərək iş icraçısı kimi işçilərə, o cümlədən 10 iyun 2021 -ci il tarixli 248 nömrəli əmək müqaviləsi ilə “Azərfloat QSC” şüşə zavodunda qablaşdırıcı vəzifəsində işləyən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 8, mənzil 18-də yaşayan 25 yanvar 1994-cü il təvəllüdlü X5 yük avtomobilindən dəmir piramidaların boşaldılması işinin görülməsini tapşırmasına baxmayaraq, həmin işin təhlükəsiz aparılması üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrindən istifadə edilməsini təmin etməmiş, bununla da Tural Əliyev 18 iyun 2021 -ci il tarixdə saat 18 radələrində yük maşınından piramidaları boşaltmaq üçün avtomobilin yük yerinə qalxmış, dəmir piramidaları bir-birinə bağlayan kəməri kəsmiş, sıxılma nəticəsində yük maşınında gərgin vəziyyətdə olan dəmir piramida tərpənmiş və üzərinə aşan zaman avtomobildən tullanmış, dəmir piramida isə onun sol ayağına düşmüş, nəticədə T.Əliyev sol baldır sümüklərinin aşağı 1\3-nin qəlpəli yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 23 avqust 2021-ci il tarixli 885 nömrəli rəyindan görünür ki, X4 bədəni üzarində aşağıdakı xəsarətlər vardır: Sol baldır sümüklərinin aşağı 1\3-nin qəlpəli yerdəyişən sınıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (aşyaların) tasirindən yaranmışlar, xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 18.06.2021-ci tarixdə əmələ gələn bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmayan aiddir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, “X8” Azərfloat QSC-də növbə üzrə iş icraçısı vəzifəsində çalışan, Sumqayıt şəhəri, məhəllə 48, ev 3, mənzil 43-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3139/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3139/2021
06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver