Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-314/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X6, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonu, İmamverdilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fəedi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, 26.12.2021-ci il tarixdə axşam saatlarında Şəxs 76-cı məhəllə ərazisində evdə X5 döymüşdür. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 5ci polis bölməsinin sahə rəisi polis mayoru X10 məhkəmədə verdiyi izahatında göstərdi ki, 26.12.2021-ci il tarixdə axşam saatlarında X8 və onun bacısı Şəxs yaşadığı ünvanda X5 döyərək ona bədən xəsarəti yetirmişlər və onu evdən çıxarmağa çalışmışlar. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən 05.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinə xitam verilmişdir. Lakin, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, Əliyeva Sevda onun bacısıdır. 26.12.2021-ci il tarixdə axşam saatlrında bacısı Sevinc ona zəng edərək ağlıya-ağlıya qeyri-rəsmi olaraq yaşadığı İlqarın onu təhqir etdiyini demiş, o da onlara getmişdir. Orada həqiqətən də İlqarın Sevinci nalayiq ifadələrlə təhqir etdiyinin şahidi olmuş, həmçinin ilqarın Sevincin üzərinə hücum edərək arxa-arxaya bir neçə dəfə “vur məni” dediyini eşitmişdir. Daha sonra bacısını götürüb onlara aparmaq üçün evdən çıxmışdır. Lakin bacısı 5-ci polis bölməsinə getməklərini demiş və birlikdə 5-ci bölməyə getmişlər. Sonradan ona məlum oldu ki, İlqar onun və bacısı Sevincin onu döyməsi ilə bağlı müraciət edib. Həmin vaxt ancaq sözlə mübahisə etdiklərini, nə o, nə də Sevincin onu vurmadığını bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, 11 ildir X8 ilə qeyri-rəsmi olaraq yaşamış, lakin rəsmi nikahları olmamışdır. Sevincin ona 5 ildir Xəqani adlı şəxslə xəyanət etdiyini öyrəndikdən sonra ondan ayrılmağa qərar vermiş, 26.12.2022ci il tarixdə Xəqani ona watsapda sms yazaraq “Sevincə denən məndən əl çəksin” demiş, bu səbəbdən də Sevinc ilə aralarında münaqişə yaranmışdır. Həmin vaxt Sevinc bacısı Sevdanı da onlara çağırmış və Sevinc ilə Sevda birlikdə onu döymüşlər. Belə ki, Sevinc sol üz nahiyyəsinə, Sevda isə boyun nahiyyəsinə və kürək nahiyyəsinə vurmuşdur. Qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla müəyyən olunmuş inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X15 16.10.2021-ci il tarixli 1385 saylı rəyində qeyd olunmuşdur ki, məhkəmə-tibbi ekspertiza müayinəsindən vətəndaş X2, onun bədəni üzərində sağlamlığa zərər vurmayan xəsarətlər aşkar olunmuş, həmin xəsarətlərin tarixi 15.10.2021-ci ilə uyğun gəlir. İa materialına əlavə olunmuş izahatdan görünür ki, təhqiqatçı Rəhman Qurbanov tərəfindən 15.10.2021-ci il tarixdə Sevinc Əliyevanın izahatı alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X10 inzibati xəta haqqında protokolda qeyd etmişdir ki, 26.12.2021-ci il tarixdə axşam saatlarında Şəxs 76-cı məhəllə ərazisində evdə X5 döymüşdür. Lakin iş materialından müəyyən olunur ki, hadisədən 2 ay əvvəl 16.10.2021-ci il tarixdə məhkəmə-tibbi ekspertiza müayinəsindən isə vətəndaş X1. Hazırkı işlə bağlı zərərçəkmiş şəxs X4 məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsindəki 27 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-314/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-314/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver