Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3141/2025 25.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakim Əliyev Elşad İbiş oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara işin baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli 25 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda qeyd olunur: xx.xx.2025-ci il tarixdə saat 10:40 radələrində Sumqayıt şəhəri, İcra Hakimiyyətinin binasının inzibati ərazisində Şəxs xalası Zərərçəkmiş şəxs döymüşdür. İş materialından olan barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 24 aprel 2009-cu il tarixdə doğulmuş və hazırda yetkinlik yaşına çatmamışdır. Belə olduğu təqdirdə Şəxs 18 yaşına çatmadığından onun mənafeyini qanuni nümayəndə təmsil etməlidir. Lakin, Sumqayıt şəhər Polis İdarəsinin 4cü X2 Aqil Azər oğluna qanuni nümayəndə təyin edilməmiş və onun iştirakı olmadan izahatı alınmışdır. Eyni zamanda İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburi olduğu halda belə, Şəxs dövlət hesabına vəkil təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: 63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. 63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1, 109.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması tələbləri pozulduğundan inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.2-ci maddəsini tələbləri pozulmaqla aparıldığından, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63, 66 və 109 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə geri qaytarılsın. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-3141/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3141/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver