Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3143/2024 25.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi Qalib Quliyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1i ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, fərdi ev ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 17.15 radələrində Bakı-Quba yolunun 29-cu km-də Şəxs yol polis əməkdaşlarına sənədləri təqdim etməyərək və videoçəkiliş edərək tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi Qalib Quliyev tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında BDYPİ-nin əməkdaşı Şəxs onlara tabesizlik göstərdiyi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirilmiş və bu barədə raport yazılmışdır. Polis əməkdaşları Şəxs avtomobilin sənədlərini tələb etmişlər, o da polisin qanuni tələblərinə tabe olmamışdır. Ona görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə müraciət edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, idarə etdiyi avtomobillə ailə üzvləri ilə Sumqayıt şəhərinə toya gedən zaman BDYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. YPX əməkdaşları saxlanılmasının səbəbi kimi avtomobilinin arxa qeydiyyat nişanının oxunmaması, yararsız vəziyyətdə olmasını və avtomobilin duracağa yerləşdiriləcəyini demişlər. O, YPX əməkdaşlarına bununla bağlı DİN BDYPİ-yə və 102 xidmətinə müraciət etdiyini, ondan yaşayış yeri üzrə Polis Şöbəsindən arayış tələb olunduğunu və Şöbə tərəfindən həmin arayışın verilməsinin mümkün olmadığını bildirmişlər. YPX əməkdaşları ondan sənəd istəməmiş, bort komputerdə baxmışlar. O, ailə üzvlərinin avtomobildə olduğunu, onları gedəcəyi yerə apardıqdan sonra avtomobili onlara təhvil verəcəyini YPX əməkdaşlarına demişdir. Sonra ailə üvzləri avtomobildən düşmüş, o, YPX əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getmişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BDYPİ-nin YPXA-nın İ tağımının YPX inspektoru X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bakı-Quba yolunun 29cu km-də xidmətdə olarkən Vaz 2107 markalı ** EO *** d.q.n-lı avtomobiıon qeydiyyat nişanı oxunmadığı və yararsız vəziyyətdə olduğu üçün tərəfindən saxlanılmış, qeydiyyat nişanının BDYPİ-də dəyişdirilməli olduğu izah edilmiş, sürücüyə avtomobildə olan ailə üzvlərini getdikləri yerə başqa avtomobillə yola salmasını və avtomobilin duracağa təmin etməsini bildirmiş, lakin sürücü avtomobilə oturaraq hərəkətini davam etdirmiş, tərəfindən avtomobil yenidən saxlanılmış, ailə üzvləri avtomobildən düşdükdən sonra avtomobil duracağa, sürücü isə Sumqayıt ŞPİ 5-ci PB-yə təmin edilmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, Şəxs onun oğludur. DYP əməkdaşı oğlunun idarə etdiyi avtomobili saxlamış, oğlu avtomobildən düşərək YPX əməkdaşına yaxınlaşmış, söhbətin uzandığını gördükdə avtomobildən düşərək YPX əməkdaşına yaxınlaşmış və ondan avtomobilin saxlama səbədini soruşmuş, o da avtomobilin qeydiyyat nişanı oxunmadığı və yararsız vəziyyətdə olduğu üçün saxlanıldığını bildirmişdir. Oğlu, YPX əməkdaşının avtomobilindən düşdükdən sonra öz avtomobilinin qeydiyyat nişanını və YPX avtomobilini əlindəki telefonla çəkmişdir. Sonra avtomobildə olan ailə üzvləri ilə o, avtomobildən düşmüş, oğlu və YPX əməkdaşları birlikdə getmişlər. Sadəcə olaraq oğlu, video çəkiliş aparmış, lakin nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, iş materiallarında olan raportda Şəxs avtomobilin sənədlərini təqdim etməməsini və YPX əməkdaşına tabesizlik göstərdiyi qeyd olunmuşdur. Şəxs telefonla çəkiliş aparmış, bu isə tabesizlik sayılmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və atasının da izahatlarından görünür ki, tabesizlik olmamışdır. Ona görə də, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17.15 radələrində vətəndaş Şəxs idarə etdiyi avtomobilin qeydiyyat nişanı oxunmadığı və yararsız vəziyyətdə olduğu üçün DİN BDYPİ-nin YPXA-nın İ tağımının YPX inspektoru tərəfindən saxlanılmış, polis əməkdaşı ondan sənədlərini təqdim etməsini tələb etdikdə imtina etmiş, bu səbəbdən sürücünün məlumatlarını mərkəzi informasiya sistemindən əldə etmiş, nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyi izah edildikdə tabesizlik nümayiş etdirmiş, mobil telefonu ilə video çəkilişə başlamış, bundan sonra avtomobil duracağa, sürücü isə polis bölməsinə təmin olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19.30-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun təqsiri şahid ifadəsi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Belə ki, sürücü Şəxs nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Yol patrul xidməti əməkdaşı tərəfindən saxlanıldıqda dövlət qeydiyyat nişanının mövcud standartlara uyğun olmaması səbəbindən duracağa yerləşdirilməsi ilə bağlı qanuni tələblərinə qəsdən tabe olmaması Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə tərkib əlamətlərlərini yaradır. Həmçinin, nəqliyyat vasitəsində digər sərnişinlərin olması sürücünün inzibati məsuliyyətdən azad etməsi üçün əsas deyil. Həmin maddəyə əsasən əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Polis haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 3-cü hissəsinə əsasən polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının XM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə eyni zamanda inzibati xəta törədən şəxsin 01 gün müddətə inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə tənbehin həddi müəyyən edilərkən Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzər alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 106- 112, 114, 115, 115.5, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3143/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3143/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver