Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3144/2024 25.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X4, Katib: X5,nun, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X11, Zərərçəkmiş şəxs (tələbkar): X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu): Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X11 tərəfindən 25 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qalıq 8039 ABŞ dolları borcu üzrsüz səbəbdən ödəmir. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X1 və Şəxs 34583,35 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə alınaraq X2 verilməlidir. İcra sənədi icra idarəsinə daxil olmuş və bir neçə icra məmurunun icraatında olmuşdur. Əvvəlki dövrlərdə tərəflər arasında razılıq əldə olunmuş, bir il möhlət verilmiş, lakin icra sənədi tam icra olunmamışdır. Digər borclu Qaradağ rayon sakini olduğundan həmin hissədə Qaradağ rayonunda icra olunur, həmin şəxs tərəfindən hər hansı ödəniş olunmur. Yalnız Şəxs tərəfindən müəyyən vaxt çərçivəsində hissə-hissə olmaqla bu günkü günə qədər ödəniş edilmiş, sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 400 manat olmuşdur. O tarixdən bu günə kimi heç bir ödəniş edilməmişdir. Hazırda 8039 dollar borc qalmışdır ki, bu da 13667 manat təşkil edir. xx.xx.2024-cü il tarixdə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati qaydada tənbeh olunmasına baxmayaraq yenə də hər hansı bir ödəniş etməmiş, qarşı tərəflə hər hansı bir razılıq əldə olunması üçün çalışmışlar, lakin tələbkar hissə-hissə ödənilməsinə heç bir halda razı deyildir, pulu tam olaraq tələb edir və qanunauyğun tədbir görülməsini xahiş edir. Borclu pul əldə etmək üçün cəhdlər etmiş, lakin hər hansı bir razılığa gələ bilməmiş və ödəniş edə bilməmişdir. Buna görə də borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs (borclu) Şəxs bildirdi ki, ödəniş etməkdən yayınmır, pul tapdıqca ödəniş edir. Öhdəliyində azyaşlı uşaqlar vardır, ayda 500 manata yaxın aliment ödəyir. Hər dəfə barəsində protokol tərtib olunması və barəsində tənbeh tətbiq olunması işinə də mane olur və ödəniş etməsini çətinləşdirir. O, sadəcə ödəniş edilməsi üçün bir ay vaxt istəmişdir. Bəzən ***-**** manat ödəniş etmək istəyərkən tələbkar qəbul etməmiş, tam ödəniş edilməsini tələb etmişdir. Borcu qəbul edir və ödəniş də edir. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, borclu şəxs borcun yarısından çoxunu ödəmiş, qalan hissəsini də təkidlə ödəyəcəyini bildirir. Məhkəmədən cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs(tələbkar) X3 bildirdi ki, borclu yalan danışır. İcra məmurundan ödəniş üçün vaxt istəyir, lakin həbs olunduqdan sonra da heç bir ödəniş etməmişdir. Məhkəmədən borclu barəsində həbs növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi, zərərçəkmiş şəxsi və müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi vardır və o, inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X1 və Şəxs 34583,35 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə alınaraq X2 verilməlidir. - Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2377/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən məhkəmə qərarlarının lazimi qaydada icra edilməməsi, inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -528.1-1-ci maddəsindən görünür ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbkara ödənilməli olan borcun ümumi məbləği 34583,35 ABŞ dolları olmuş, qeyd olunan mülki iş üzrə iki borclu şəxs olmasına baxmayaraq, borclulardan hazırki iş üzrə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən borcun böyük məbləği ödənilmiş, yekun olaraq 8039 ABŞ dolları borc qalmışdır. Borc məbləğinin böyük bir qismi Şəxs tərəfindən ödənilsə də, hazırki halda icra sənədinin lazımi qaydada icra olunmaması onun əməlində inzibati xəta tərkibi yaratmışdır. Bu səbəbdən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Tələbkarın məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində cəza təyin olunmasına münasibətdə “həbs” olunması ilə bağlı verdiyi çıxışına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki halda borcun böyük bir qismi Şəxs tərəfindən ödənilmişdir. “Həbs” ilə əlaqədar olmayan cəza tədbiq olunacağı təqdirdə borcunun qalan qismini ödəmək imkanından məhrum olmayacaqdır. Bu səbəbdən məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində “cərimə” növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsini daha məqsədəmüvafiq hesab edir. Çünki hazırki halda barəsində inzibati icraat aparılan şəxs barəsində qeyd olunan maddənin sanksiyasında “həbs” ilə yanaşı “cərimə” növündə inzibati tənbeh tədbiri də nəzərdə tutulmuşdur. Belə olan halda “həbs”ə alternativ “cərimə” növündə inzibati tənbeh tədbirini seçmədən, məhkəmə tərəfindən şəxsin azadlıq hüququnun məhdudlaşdırılması ədalətli deyil, bunun üçün heç bir əsas yoxdur. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-3144/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3144/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver