Məhkəmə qərarları › İş №3(060)-3145/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3145/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3145/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Test-1 ilə üzbəüz, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8777 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-22189 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərinə əsasən 1401 manat borcu üzrsüz səbəbdən ödəmir, icra məmurunun qanuni tələblərini icra etmir, çağırışlara gəlmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8777 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs kreditor "xxxx" MMC-nin xeyrinə 1105 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, Sumqayıt Şəhər Məhkəməsinin 22189/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Şəxs "xxxx" KB ASC-nin xeyrinə 427,98 ABŞ dolları əsas borc, 46,97 ABŞ dolları faiz, 7,66 ABŞ dolları cərimə, cəmi 482,61 ABŞ dolları məbləğində borc və tərəflərindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilmir, o yayınır, icra məmurunun tələblərinə də əməl etmir, çağırışlara gəlmir. İndiyədək icra vərəqələri üzrə borc 1401 manat təşkil edir. Buna görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8777 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən ondan kreditor "xxxx" MMC-nin xeyrinə 1105 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, Sumqayıt Şəhər Məhkəməsinin 22189/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən ondan "xxxx" KB ASC-nin xeyrinə 427,98 ABŞ dolları əsas borc, 46,97 ABŞ dolları faiz, 7,66 ABŞ dolları cərimə, cəmi 482,61 ABŞ dolları məbləğində borc və tərəflərindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. O işsiz olduğuna görə ödəniş edə bilmir, "xxxx" ASC-yə olan 162 ABŞ dolları məbləğində borcunu xx.xx.2022-ci il tarixədək ödəyəcəkdir. "xxxx"ə olan borcundan isə aybaay 50-100 manat arası ödəniş edə bilər. Adına heç bir əmlakı yoxdur. İcra məmurunun çağırışlarından məlumatı olmuş, ödəniş etməyə imkanı olmadığından çağırışlara getməmiş, zənglərə cavab verməmişdir. Əməlindən peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8777 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs kreditor "xxxx" MMC-nin xeyrinə 1105 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 22189/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Şəxs "xxxx" KB ASC-nin xeyrinə 427,98 ABŞ dolları əsas borc, 46,97 ABŞ dolları faiz, 7,66 ABŞ dolları cərimə, cəmi 482,61 ABŞ dolları məbləğində borc və tərəflərindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları, işin hallarını, borclunun davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini icra etməmiş, həmçinin icra məmurunun tələblərinə də əməl etməmişdir. Məhkəmə hesab edir ki, icra sənədləri icra olunmalı, borc ödənilməlidir. Borclunun borcun ödənilməsi üçün cəhd etməsi, borcun ödənilməməsinin onun təqsiri ucbatından baş verməməsi barədə heç bir sübut yoxdur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar