Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3150/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis mayoru X2, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2003-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Şəxs sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi Tufan markalı, 02A018 dövlət qeydiyyat nişanlı motosiklla Sülh küçəsində hərəkətdə olarkən həmin vaxt önündə hərəkət edən X3 idarə etdiyi Toyota markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlamadığı üçün toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 maddi ziyan vurmuşdur. Faktla bağlı araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, Şəxs avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Nəticədə maddi ziyan vurduğundan Şəxs barəsində İXM-nin 334.3-cü maddəsi ilə inzibat xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs şikayətçi deyildir, aralarında razılaşma olmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, ilk dəfədir ki, belə hadisə törədir. Motosikl idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunduğunu bilməmişdir. Motosikl dostuna məxsus olmuş, o, idarə etmişdir, kuryerlik etmişdir. Anası xəstədir. Əməlindən peşmandır. Məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş edir. Müdafiəçi Vəkil şəxsin əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs X6 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində idarə etdiyi Toyota markalı, **-UX-*** markalı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkət edən zaman ondan arxada hərəkət edən 02A018 nömrəli motosikl ara məsafəsi saxlamayaraq onun avtomobilinin arxa tərəfinə vuraraq toqquşdu. Avtomobilinə maddi ziyan dəydi, heç bir xəsarət almamışdır. İş materiallarından görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor” markalı, Jupiter X nömrəli xüsusi texniki vasitə ilə yoxlanılmış, onun 0.369% spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan, iş materiallarına əlavə edilmiş digər sənədlərdən və məhkəmə iclasında verilmiş ifadələrdən müəyyən edilmişdir ki, vətəndaş Şəxs alkoqol sərxoşluğu vəziyyətində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərək yol hərəkəti qaydalarını pozmaqla yol nəqliyyat hadisəsini törətmiş və nəticədə nəqiliyyat vasitəsinin sahiblərinə maddi zərər vurmuşdur. Şəxs əməli işin araşdırılan halları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-3150/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3150/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver