Məhkəmə qərarları › İş №3(060)-3151/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3151/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3151/2022 14.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Qubadlı rayonu, Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2283/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə 2900 manat ödəyib, qalıq 9000 manat pulu üzrsüz səbəbdən ödəməkdən yayınır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda, Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 Hümmət Məhəmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-763/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 100 manat inzibati cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərtib edilmiş protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2283/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə 2900 manat ödəyib, qalıq 9000 manat pulu və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-763/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 100 manat inzibati cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində icra etməmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 763/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 200 manat tutularaq dövlət nəfinə ödənilməlidir. Artıq 100 manat cəriməni ödəmişdir və qəbzi təqdim edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2288/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən ondan 7000 ABŞ dollarının tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. Bu günə qədər 2900 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixdə 160 manat, xx.xx.2022-ci il tarixdə 160 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 220 manat ödəniş etmişdir. Borcu tam bağlamağa imkanı çatmır, yalnız hissə-hissə ödəyə bilər. Barəsində yüngül inzibati ənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2288/2010 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəfindən X3 ödəməli olduğu 7000 ABŞ dolları puldan X2 "xxxx" ASC-də olan bank hesabına hər ay 200 ABŞ dollarının ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 160 manat, xx.xx.2022-ci il tarixdə 160 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 220 manat ödəniş etmişdir İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-763/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuş, onun tutularaq saxlandığı 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 100 manat cərimə tənbehi saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş 14.12.202-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs 143300 saylı büdcə təsnifat kodu üzrə 100 manat cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeydinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2288/2010 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəfindən X3 ödəməli olduğu 7000 ABŞ dolları puldan X2 "xxxx" ASC-də olan bank hesabına hər ay 200 ABŞ dollarının ödənilməsi qət edilmişdir. Borc üzrə indiyədək 2900 manat ödəniş edilmiş, qalan hissə isə ödəniş edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-763/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuş, onun tutularaq saxlandığı 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 100 manat cərimə tənbehi saxlanılmışdır. Bu cərimə isə borclu tərəfindən ödənilib qurtarılmışdır. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə məhkəmədə baxılana qədər Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-763/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 100 manat cərimə ödənilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolla bağlı məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Borclu hissə-hissə ödəniş edir, amma ödənişin hansı valyutada, hansı kursla ödənilməsi ilə bağlı tələbkarla borclu arasında fikir ayrılığı vardır. Həmin məsələ isə hazırkı iş üzrə məhkəmə baxışının predmeti deyildir. Ona görə də, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxsnın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, işə məhkəmədə baxılana qədər Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-763/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 100 manat cərimə ödənildiyindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə məsuliyyətdən azad edilməli, həmin hissədə də bu əsasla icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini, 529-cu maddəsinin qeydinin 1-ci bəndini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə həmin maddənin qeydinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad edilsin və həmin hissədə bu əsasla icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar