Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3152/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt şəhər Polis İdarəsimim 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 22.09.2021-ci il tarixdə saat 14:05 radələrində Sumqayıt şəhəri, Niyazi küçəsi ərazisində idarə etdiyi nəqliyyat vastəsi ilə saxlanılan zaman YPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 22.09.2021-ci il tarixdə saat 14:05 radələrində Sumqayıt şəhəri, Niyazi küçəsi ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, sənədlərini təqdim etməyini bildirsələr də, avtomobilin idarə edilməsi üçün etibarnaməsinin olmadığını bildirmişdir. Eyni zamanda mülkiyyətçi də yanında yox idi və polis əməkdaşları ilə arasında anlaşılmazlıq yarandı. Sonradan isə nəqliyyat vasitəsini polis əməkdaşlarına təhvil verməyərək duracağa aparılmasına mane olduğunu qeyd etmişdir. Əməlindən peşmandır, himayəsində 2 azyaşlı uşağı var. Onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 bildirdi ki, xidmətdə olarkən Şəxs 22.09.2021-ci il tarixdə saat 14:05 radələrində Sumqayıt şəhəri, Niyazi küçəsi ərazisində idarə etdiyi nəqliyyat vastəsi ilə saxlanılan zaman avtomobilin idarə edilməsi üçün etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Şəxs YPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq nəqliyyat vasitəsinin duracağa aparılmasına mane olmuş, nalayiq ifadələr işlətmişdir. Buna görə PPX əməkdaşları hadisə yerinə çağırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin polis kapitanı, bölük komandirinin müavini X3 eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 22.09.2021-ci il tarixdə saat 14:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs izahatını, şahidlərin ifadəsini və vəkilin çıxışını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir, o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Himayəsində 2 azyaşlı uşağı olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs 22.09.2021-ci il tarixdə saat 14:05 radələrində Sumqayıt şəhəri, Niyazi küçəsi ərazisində idarə etdiyi nəqliyyat vastəsi ilə saxlanılan zaman avtomobilin idarə edilməsi üçün etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Şəxs YPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq nəqliyyat vasitəsinin duracağa aparılmasına mane olmuş, nalayiq ifadələr işlətmişdir. Buna görə PPX əməkdaşları hadisə yerinə çağırılmışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 22 sentyabr 2021-ci il tarixdən saat 14:40-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 02 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3152/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3152/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver