Məhkəmə qərarları › İş №3(060)-3155/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3155/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3155/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X5 iştirakı ilə, İ TAĞİM Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən tərtib olunmuş 30.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X9 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İ TAĞİM Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən tərtib olunmuş 30.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X9 şikayəti onunla əsaslandırdı ki, TP ******* saylı, 30.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərar ona 23.09.2021-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Qərarı qanunsuz və əsassız hesab edir, barəsində tətbiq edilmiş inzibati tənbehin ləğv olunmasını istəyir. Belə ki, 30.08.2021-ci il tarixdə arvadı X4 məxsus olan ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən idarə edilərkən Bakı-Quba yolunun 23-cü kilometrində İ Tağım Baş Yol Patrul Xidmətinin İnspektoru Polis Baş X1 tərəfindən saxlanılmışdır. Avtomobili etibarnaməsiz idarə etməyi əsas gətirilərək cərimə edilmişdir. 14.01.1995-ci ildə X6 ilə nikaha daxil olub. İdarə etdiyi avtomobil 30.07.2019-cu il tarixdəbirgə nikah dövründə alınmışdır. Həmin avtomobil onların birgə mülkiyyəti hesab edilir və bu səbəbdən də eyni zamanda onun mülkiyyətində hesab olunan avtomobilin idarə edilməsi üçün etibarnamə zəruri deyil. Qeyd olunan əsasla cərimənin yazılması və onun AR İXM-in müvafiq maddəsi ilə təqsirli bilinməyi qanuna ziddir. O, nəqliyyat vasitəsinin mülkiyyətçisi hesab edilir. Belə olan halda etibarnaməsiz avtomobili idarə etməyi əsası ilə cərimə olunmağı qanunsuzdur və həmin inzibati xəta haqqında qərar ləğv edilməlidir. Barəsində tərtib olunmuş TP ******* saylı, 30.08.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan İ TAĞİM Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən tərtib olunmuş 30.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, 30.08.2021-ci il tarixdə saat 12:54-də Bakı Quba yolu 23 ərazisində HYUNDAİ TUCSON MİNİK markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə X9 İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 ilə X10 01.06.1996-cı ildə rəsmi nikaha girmişdirlər və X2 Süleymanova kimi qeyd edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, HYUNDAİ TUCSON MİNİK markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 30.07.2019-cu ildə X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət,prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin izahatı və iş materiallarından müəyyən olunur ki, HYUNDAİ TUCSON MİNİK markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 30.07.2019-cu ildə birgə nikah dövründə arvadı Süleymanova Sevincin adına qeydiyyata alınmasına və sözügedən nəqliyyat vasitəsinin birgə mülkiyyətə daxil olmasına baxmayaraq, İ TAĞİM Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən tərtib olunmuş 30.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 30.08.2021-ci il tarixdə saat 12:54-də Bakı Quba yolu 23 ərazisində HYUNDAİ TUCSON MİNİK markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə X9 İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bununla əlaqədar barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X5 şikayəti təmin olunmalı, İ TAĞİM Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən tərtib olunmuş 30.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. İ TAĞİM Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən tərtib olunmuş 30.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.0.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar