Məhkəmə qərarları › İş №3(060)-3156/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3156/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3156/2020 09.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil, Tələbkar Zərərçəkmiş şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi qaydada işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1385/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs aliment borcunu ödəməmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1385/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs tutularaq xx xxxx 2010-cu il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. Lakin borclu ödəməli olduğu aliment borcunu vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun tələbkara 7763,78 manat aliment borcu yaranmış, borclunun ödəniş etdiyi məbləğ cəmi 1266 manat təşkil edir. Borclu 2015-ci ildə son dəfə ödəniş etmiş, həmin vaxtdan sonra icra sənədini icra etməmişdir. Eləcə də, qeyd edir ki, borclu tərəfindən gösətrilən məbləğdə ödəniş əmək haqqına tutmanın yönəldilməsi yolu ilə olmuşdur, yəni borclu könüllü qaydada icra sənədini icra etməmişdir. Həmçinin, borclunun əmlak vəziyyəti yoxlanılmış, adına heç bir əmlak aşkar edilməmişdir. Borcluya aliment borcunun hissə-hissə ödənilməsi təklif edilsə də və o, borcu hissə-hissə ödəyəcəyinə vəd versə də ödəniş etməmişdir. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıq olunsa da icradan yayınmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1385/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən ondan hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. O, icra sənədi icaraya yönəldildiyi vaxtdan hazırkı tarixədək cəmi 1266 manat ödəniş etmişdir, 2015-ci ildən maddi vəziyyətinin pis olması ilə əlaqədar alimenti ödəmir. O, ailəlidir, himayəsində 3 azyaşlı uşağı vardır, aylıq qazancı ailənin tələbatını ödəməyə ancaq yetir. Borcunu hissə-hissə ödəməkdən imtina etmir. Məhkəmə tərəfindən göstərilənlərin nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili bildirdi ki, Şəxs ailə vəziyyətini nəzərə alaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu icra sənədi üzrə cəmi 1266 manat ödəniş etmişdir. O, özü işləmir, heç bir qazancı, gəliri yoxdur, uşağın saxlanılmasında çətinlik çəkir, uşaq eləcə də skalyoz xəstəliyindən əziyyət çəkir, müalicəyə ehtiyacı vardır, o, borcluya dəfələrlə aliment borcunu hissə-hissə ödəməsini təklif etsə də heç bir ödəniş edilməmişdir. İcra sənədinin icraya yönəldiyi vaxtdan 10 il ərzində borclu yalnız göstərilən məbləğdə ödəniş edərək alimenti vaxtında icra etməkdən yayınır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən borclunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 15:45-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar