Məhkəmə qərarları › İş №3(060)-3159/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3159/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3159/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxs X5 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X1 Simral Ədilşah oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X9 protokola uyğun izahat verərək, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 məhkəmə iclasında izahatında dava zamanı barəsində icraat aparılan şəxs Şəxs tək olmadığını, daha üç nəfər şəxsin həmin davada iştirak etməsini, onun üstünə xəncər çıxarıldığını, onu döyən şəxslərin hər birinin məsuliyyətə cəlb edilməsi və istintaqın ətraflı aparılması üçün iş üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan şikayət verəcəyini bildirmiş və eyni zamanda ərizə ilə müraciət edərək protokola mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəhrəmanlı Xəyaldan 485 manat məbləğində faizlə pul aldığını və daha sonra borcunu qaytararkən Xəyal ona 485 manatdan əlavə 350 manat da ödəməli olduğunu bildirmişdir. O, bu barədə Xəyal ilə ortaq dostları olan Fuad və Turala danışmış və onlar Xəyal ilə birlikdə məşq etdiklərini, onların sözünü yerə salmayacağını bildirmişlər. Bundan sonra birlikdə Xəyal ilə söhbət etməyə getmiş, lakin, aralarında heç bir münaqişə olmamış və geri qayıtmışlar. O, yolda olarkən Xəyal yenidən zəng edib onu geri çağırdığı üçün avtomobili ilə geri qayıtmışdır. Bu zaman avtomobildən düşərkən Xəyal ona təzyiq etmiş, kəllə vurmuş, daha sonra isə yumruq ilə vurmuşdur. Həmin hadisədə onun da dizi əzilmişdir, lakin, şikayət etməmiş, Xəyal isə onun barəsində polisə müraciət etmişdir. Hadisədən iki gün sonra o, 900 manat məbləğində pulu Xəyala göndərmiş, lakin Xəyal pulu götürməyərək daha çox pul istəmişdir. Məhkəmədən barəsində tərtib edilmiş protokol üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlart göstərilir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxs X5 inzibati xəta haqqında protokola mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsinə münasibətdə qeyd edir ki, inzibati xətaya dair araşdırma natamam aparılmışdır. Belə ki, zəzrərçəkmiş şəxs onun yalnız Şəxs tərəfindən deyil, dörd nəfər tərəfindən döyülməsi və ona xəncər çıxarılmasını bildirmişdir. Qeyd edilən natamamlıqların məhkəmə tərəfindən aradan qaldırılmasının mümkün oldığını nəzərə alaraq məhkəmə hesab edir ki, protokol ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar