Məhkəmə qərarları › İş №3(060)-316/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-316/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-316/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X5 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 şəhər Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırdı ki, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarına əsasən AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200(iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın surətini əldə etmək üçün vəkil sorğusu ilə müraciət etsə də, pandemiya ilə əlaqədar olaraq ona qərarın surəti təqdim edilməmişdir. Qeyd olunan qərarda xx.xx.2021-ci il tarixdə saat 17:20-də Sumqayıt şəhəri, Sülh küçəsinin girişində heç bir icazəsi olmadan hərəkət edərək karantin rejimini pozduğu qeyd edilmişdir. İcazə.gov.az-dan müvafiq çıxarışa əsasən onun həmin vaxtı nəqliyyat vasitəsini idarə edərkən ölkə ərazisində xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixə kimi məhdudiyyətsiz icazə sənədi olmuşdur. Belə ki, o, “xxxx” MMC-də sürücülük fəaliyyəti ilə məşğul olur. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət –şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon(şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanının(vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə sənədləri araşdıraraq hesab edir ki, X2 qeydiyyat ünvanı Masallı rayonu, Sığdaş olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X4 tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 qeydiyyat ünvanı ünvan 1i olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X4 tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar