Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3162/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin X7 inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev Nicat Eldar oğlunun iştirakları ilə, 20.04.1990-cı ildə Ağsu şəhərində doğulmuş, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Əliyev Nicat Eldar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əliyev Nicat Eldar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.1 və 333.1-ci maddələri ilə, 09 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, AB 650738 saylı sürücülük vəsiqəsi ilə **-UB-*** dövlət qeydiyyat nişanlı “Vaz 21072 minik” markalı avtomobili idarə edən 20.04.1990-cı ildə Ağsu şəhərində doğulmuş, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Əliyev Nicat Eldar oğlu Sumqayıt şəhəri, Sülh küçəsində manevr qaydasını pozduğu üçün saxlanılmış, həkim tibbi yoxlaması zamanı sürücünün narkotik vasitə olan AMP (şüşə) qəbul edərək avtomobili idarə etdiyi məlum olmuşdur. Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Əliyev Nicat Eldar oğlunun barəsində İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 27.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 11 oktyabr 2021-ci il tarixə təyin olunmuş, lakin Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadığından və Əliyev Eldar Nicat oğlunun narkotik vasitədən istifadə etməklə avtomobili idarə etməsinin sübut edən rəyin məhkəməyə təqdim olunması ilə ələqədar işin baxılması 18 oktyabr 2021-ci il tarixə təxirə salınmışdır. 18 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin X7 inspektoru, polis kapitanı X3 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev Nicat Eldar oğlu İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, özünə məxsuz “Vaz 21072 inik minik” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili AB 650738 saylı sürücülük vəsiqəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsində idarə edən zaman yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. Ondan spitli içki qəbul edib etməməsini soruşduqda o, spirtli içki qəbul etmədiyini bildirmişdir. Bundan sonra yol patrul xidməti əməkdaşları ona həkim müayinəsindən keçməli olduğunu bildirmişlər. Onlarla birlikdə həkim müayinəsindən keçmək üçün Sumqayıt Narkoloji Dispanserinə getmişdir. Müayinə zamanı ondan sidik vasitəsi ilə analiz götürülmüş, analizin nəticəsi olaraq ondan narkotik vasitə olan “şüşə” qəbul etməsi aşkarlanmışdır. O, polis əməkdaşlarına narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Daha sonra onu DYPŞ-yə gətirilərək ondan izahatı alınmış, izhatında da qeyd etmişdir ki, o, narkotik vasitələrindən istifadə etməmişdir. Daha sonra o, hadisədən bir gün sonra, yəni 10 sentyabr 2021-ci il tarixdə Bakı şəhər Narkoloji Mərkəzinə gedərək orada analiz vermiş və ondan (AMP-Amfetamin, TML-Tramadol HCİ və MTD-Metodol) nəticə olaraq psixotrop maddələrdən istifadə etməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirdi ki, Sumqayıt şəhər Narkoloji Dispanserində növbədə olarkən, 09 sentyabr 2021-ci il tarixdə müayinə üçün sürücü Əliyev Nicat Eldar oğlu dispanserə gətirilmişdir. Müayinə zamanı sərxoşluq halı aşkar olunmamış və daha sonra sidik analizi götürülmüşdür. Sidik müayinəsi zamanı Əliyev Nicat Eldar oğlu psixotrop maddə olan AMP-Amfetamin istifadə etməsi aşkar olunmuşdur. Onu da qeyd edir ki, sidik analizi götürülən zaman analiz edilən sidikə damcı su və ifraz edilən tüpürcək dəyərsə analizin cavabı pozitiv göstərər. Belə olan halda Əliyev Nicat Eldar oğlunun 10 sentyabr 2021-ci il tarixdə Bakı şəhər Narkoloji Mərkəzinə gedərək orada hansı şəraitdə analiz verməsi bəlli olmadığından və nəticədə psixotrop maddələrdən istifadə etməsinin aşkar olunmaması təəcüblü deyil. Əliyev Nicat Eldar oğlu tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinənin keçirən tibb müəssəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilərdi. Bu halda tibb müəssəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Lakin, Əliyev Nicat Eldar oğlu ikinci dəfə müayinə üçün yazılı ərizə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 bildirdi ki, 09.09.2021-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhərinin girişində Vaz 21072 minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydalarını pozduğuna görə saxlanılmış, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və daha sonra qayda pzuntusunu izah edərək sürücünün özündə olmamasını görüb dərhal avtomobildən enməsini və onunla müayinəyə getməsini xahiş etmişdir. Əliyev Nicat Eldar oğlu ilə Sumqayıt şəhər Narkoloji Dispanserinə getmiş və müayinə zamanı aşkar olunmuşdur ki, o, avtomobili narkotik vasitə olan metanfetamin təsiri altında idarə etmişdir. Daha sonra onun işştirakı ilə avtomobili duracağa yerləşdirilmişdir. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Əliyev Nicat Eldar oğlunun əməli 333.1-ci maddədən əlavə İXM-nin 327.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Əliyev Nicat Eldar oğlu İXM-nin 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Əliyev Nicat Eldar oğlunun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, inzibati xəta haqqında protokol və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 6859 №li 09 sentyabr 2021-ci il tarixli tibbi müayinə aktı ilə öz təsdiqini tapır. Tibbi müayinəsi aktına görə Əliyev Nicat Eldar oğlu müayinə vaxtı (09 sentyabr 2021-ci il saat 17:30) narkotik vasitə olan metanfetamin təsiri altında olmuşdur. Həmin aktın özündə Əliyev Nicat Eldar oğlu öz xətti ilə yazıb imza ataraq qeyd etmişdir ki, sidik analizin nəticəsi ilə tanış olmuşdur. Məhkəmə iclasında Əliyev Nicat Eldar oğlu 706 №-li 10 sentyabr 2021-ci il, saat 14:30-da tərtib olunmuş narkotik vasitələrinin və psixotrop maddələrinin istehlak hallarınn təyin edilməsi üçün müayinənin aparılması haqqında aktını məhkəməyə təqdim etmişdir. Həmin aktda Əliyev Nicat Eldar oğlunda narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi aşkar olunmaması qeyd olunmuşdur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi haqqında Qanununun 2.4-cü bəndində qeyd olunur ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, Əliyev Nicat Eldar oğlu 09 sentyabr 2021-ci il tarixdə saat 17:30-da müayinədən keçirilən zaman onda narkotik vasitə olan metanfetamin təsiri altında olması müəyyən olunmuş, 10 sentyabr 2021-ci il tarixdə Bakı şəhər Narkoloji Mərkəzində təkrar müayinədən keçərkən onda narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi aşkar olunmamışdır. Məhkəmə bu məsələ ilə bağlı Azərbaycan Respublikasını Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli 209 saylı qərarının 3.6-cı bəndinə istinad edir. Həmin Qərarın 3.6-cı bəndində qeyd olunur ki, müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinənin keçirən tibb müəssəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Məhkəmə iclası zamanı Əliyev Nicat Eldar oğlunun təkrar müayinədən keçməsi üçün yazılı ərizə təqdim etməsi müəyyən olunmamışdır. Buna görə də məhkəmə 706 №-li 10 sentyabr 2021-ci il, saat 14:30-da tərtib olunmuş narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi aşkar olunmaması aktını Əliyev Nicat Eldar oğlu barəsində olan İXMnın 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün tutarlı sübut hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Əliyev Nicat Eldar oğlu İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Əliyev Nicat Eldar oğlunun oğlu barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əliyev Nicat Eldar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və 400,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3162/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3162/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver