Məhkəmə qərarları › İş №3(060)-3162/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3162/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3162/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs-X1 iştirakı ilə, X1 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayət verərək hazırki iş üzrə Sumqayıt Şəhər DYPŞ polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış 150 manat cərimənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. X1 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, o xx.xx.2022-ci ildə etibarnamə ilə idarə etdiyi **-LT-*** dövlət nömrə nişanlı “Vaz 21074” minik markalı avtomaşınla Heydər Əliyev prospekti ərazisində hərəkətdə olarkən Dövlət Yol Polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Barəsində 06 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokol və xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar tərtib edilmiş, Azərbaycan Respublikası İXMnin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. Bu iş üzrə qəbul edilmiş qərar ona 15 dekabr 2022-ci il tarixində təqdim edilmişdir. O bu qərardan narazıdır. Belə ki, polis əməkdaşı idarə etdiyi avtomaşını saxlayarkən ona bildirmişdir ki, idarə etdiyi avtomaşının arxa yayları kəsilmişdir, konstruksiyaya uyğun deyil. O öz etirazını bildirmişdir. Polis əməkdaşı idarə etdiyi maşını öz ustasının yanına aparmışdır. Usta maşının altına girərək yayların 2 diş kəsildiyini bildirmişdir. O yenidən öz etirazını bildirərək qeyd etmişdir ki, yaylar kəsik deyil, konstruksiyada olduğu kimidir. Buna baxmayaraq idarə etdiyi maşını polis əməkdaşı cərimə meydançasına apararaq orada yerləşdirmişdir. Cərimə meydançasında öz iradını polis əməkdaşına bildirdikdə o, ona söz vermişdir ki, “sübut etsən ki, yaylar kəsik deyil, maşını cərimə meydançasından buraxacam və sənə cərimə protokolu yazmayacam.” Cərimə meydançasında idarə etdiyi avtomaşının arxa sol təkərini açaraq yayı oradan çıxartmışdır. Yayı çıxartdıqdan sonra orada olanların və həmin polis əməkdaşının iştirakı ilə yaya baxış keçirtmişlər. Yayın konstruksiyaya uyğun olduğunu, kəsilmədiyini, isidilmədiyini nümayiş etdirmişdir. Həmin polis əməkdaşı özü də təsdiq etdi ki, yaylar kəsilməmiş, kosntruksiyaya uyğundur. Bundan sonra idarə etdiyi avtomaşını cərimə meydançasından çıxarmağa icazə verilmişdir. Avtomaşının cərimə meydançasında yerləşdirildiyi üçün cərimə meydançasının haqqını həmin polis əməkdaşı özü ödəmişdir. Bundan 2 gün sonra barəsində qərar qəbul edildiyini bilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs-X4 şikayətdə göstərilənləri müdafiə edərək TP ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış 150 manat cərimənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Sumqayıt Şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativlər tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin avadanlığının dəyişdirilməsi xətasına yol vermişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsi ilə protokol tərtib edilmiş, inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş diskdəki videogörüntülərə baxış keçirilmiş, həmin görüntülərdə X1 nəqliyyat vasitəsinin sürücüsü kimi normativ tələbləri pozaraq nəqliyyat vasitəsinin avadanlığının dəyişdirilməsi xətasına yol verdiyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativlər tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər avadanlığın dəyişdirilməsinə görə-150 manat məbləğində cərimə edilir. Beləliklə, X1 şikayəti əsassız olduğundan rədd edilməlidir. X4 nəqliyyat vasitəsinin sürücüsü kimi normativ tələbləri pozaraq nəqliyyat vasitəsinin avadanlığının dəyişdirilməsinə görə tənbeh edilmişdir. Bununla bağlı sübutlar var. Qərar qanuni və əsaslıdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 342.2.2.-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar