Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3165/2024 27.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi Zahid Ağayevin, Zərərçəkmiş şəxs X2 oğlunun və onun qanuni nümayəndəsi Bayramov Raman Məcməddin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, İsmayıllı rayonu, Keyvəndi Ərazi Dairəsi, Şəbiyan kəndi ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları, 52-ci məhəllədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində X2 oğlundan maşın alma adı ilə 450 (dörd yüz əlli) manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi Zahid Ağayev bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Aslanov X1 Əziz Raman oğluna qarşı dələduzluq əməli törətmişdir. Belə ki, o, Elvinə icarəyə maşın vermək adı ilə ondan 450 manat pul almış, maşını verməmiş və alınmış pulu geri qaytarmamışdır. Bununla bağlı Şəxs atası Bayramov Raman Məcməddin oğlu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmiş, araşdırma aparılmış, cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati icraat aparılması qərara alınmışdır. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs X2 oğlunun Şəxs verdiyi pulun məbləğinin 670 manat olduğu ona məhkəmə iclasında məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X2 oğlundan bir dəfə 350 manat, növbəti dəfə isə 220 manat pul aldığını, həmin pul məbləğinin müqabilində ona icarəyə avtomobil verəcəyini, sonra alınmamasını və pulu geri qaytarmaq imkanının olmadığını bildirmişdir. Hazırda 670 manat ziyandan 200 manat ödəmək imkanının olduğunu, qalan hissəsini isə 10 günə ödəyə biləcəyini demişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 oğlu izahatında göstərmişdir ki, Şəxs ona icarəyə avtomobil verə biləcəyini, bunun müqabilində ondan 670 manat pul aldığını və Sumqayıt şəhər ərazisində avtomobili idarə etməyinə havadarlıq edəcəyini bildirmiş, bu sözlərə aldanaraq 670 manat pulu Elvinə vermiş, hazırda ona dəyən ziyan ödənilməmişdir. Ziyanın tam ödənilməsini tələb edir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 oğlunun qanuni nümayəndəsi Bayramov Raman Məcməddin oğlu X2 oğlunun izahatına uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Rəşad Məhərrəmov tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti 1-ci PB-yə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin əlamətləri olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə material Sumqayıt şəhər prokurorluğuna göndərilməlidir. Belə ki, təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərkən dəymiş zərərin 450 manat olması və həmin məbləğə görə cinayət tərkibinin yaranmaması qeyd edilmişdir. Təhqiqat araşdırması müddətində zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin izahatlarında zərərin məbləğinin 650 manat olduğunu bildirməsinə baxmayaraq zərərin məbləğinin həmin qərarda 450 manat olduğu qeyd edilmişdir. Həmçinin, barəsində təhqiqat araşdırması aparılan Şəxs izahatı alınmamışdır. Şəxs məhkəməyədək inzibati xəta haqqında araşdırma müddətində verdiyi izahatda məbləğin 450 manat olduğunu qeyd etmişdir. Lakin, zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi, həmçinin barəsində icraat aparılan şəxs Şəxs məhkəmə iclasında alınmış pulun məbləğinin 500 manatdan yüksək olduğunu bildirmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 noyabr 2022-ci il tarixli Qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs əməlində cinayətin əlamətləri olduğu üçün iş üzrə toplanmış materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3165/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3165/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver