Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3167/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs – Həşimov Fariz Ramiz oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından X3 Ramiz oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Ramiz oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın və həmin qərara əsasən hesablanmış 200 manat cərimənin ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Həşimov Fariz Ramiz oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə idarə etdiyi **-UP-*** dövlət nömrə nişanlı “Opel Astra” minik markalı avtomaşınla hərəkətdə olarkən X5 əməkdaşı tərəfindən saxlanılmışdır. Barəsində 14 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokol və xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar tərtib edilmiş, AR İXM-nin 329.3 və 332.3-cü maddələri ilə 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş qərar ona 15 dekabr 2022-ci il tarixində təqdim edilmişdir. Bu qərardan narazıdır. Belə ki, 14 dekabr 2022-ci ildə polis əməkdaşı onu işıq cihazlarından istifadə qaydalarının pozulmasına görə saxlamışdır. Bundan sonra polis əməkdaşı ona bildirmişdir ki, onun sürücülük hüququnun məhdudlaşdırılmışdır. O, buna etirazını bildirdikdə polis əməkdaşı ona bildirmişdir ki, “avtomaşın cərimə meydançasına getməlidir. Məsələyə sabah aydınlıq gətirərik”. O, bir daha polis əməkdaşına etiraz edərək bildirmişdir ki, sürücülük hüququ 06 sentyabr 2018-ci ildə məhdudlaşsa da, sürücülük hüququ 10 noyabr 2021-ci ildə bərpa edilmiş və sürücülük vəsiqəsi ona qaytarılmışdır. Təxminən 15 dəqiqə sonra ona 200 (iki yüz) manat cərimə olunmağı barədə sms gəlmişdir. Sürücülük vəsiqəsinin məhduduiyyətinin bərpa edilməsi ilə bağlı sənədi məhkəməyə təqdim edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Həşimov Fariz Ramiz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Həşimov Fariz Ramiz oğlu xx.xx.2018-ci il tarixdə sürücülük vəsiqəsindən məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə sürücülük vəsiqəsi ona qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Beləliklə görünür ki, Həşimov Fariz Ramiz oğlu avtomobili idarə edərkən sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Həşimov Fariz Ramiz oğlu iki ayrı-ayrı inzibati xətaya görə bir qərarla məsiliyyətə cəlb edildiyindən, şikayətdə görstərilən halların mövcud olubolmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələri ilə təqsirləndirilməsinə dair qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Həşimov Fariz Ramiz oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3167/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3167/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver