Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3168/2024 28.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Katib: X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru: X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2024cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3976/2023 saylı icra sənədi üzrə Unibank ASC-yə 4805.46 manat, 2(060)-4771/2023 saylı icra sənədi üzrə 7110.66 manat "xxxx" ASC-yə, 2(060)-6279/2023 saylı icra sənədi üzrə 1033.04 "xxxx" MMC-yə olan borcları üzrsüz səbəbdən ödəməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 bildirdi ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında borclu Şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin üç qərarı üzrə üç icra işi mövcuddur. Birinci icra sənədi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X3 ümumilikdə 7025,34 manat borc və 85,32 manat dövlət rüsumu tutularaq Bank VTB ASCnin xeyrinə ödənilməlidir. İkinci icra sənədi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs ümumilikdə 4737,68 manat borc və 67,78 manat dövlət rüsumu tutularaq Unibank KB ASC-nin xeyrinə ödənilməlidir. Üçüncü icra sənədi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs ümumilikdə 1003,04 manat borc və 30,03 manat dövlət rüsumu tutularaq ABC Telecom MMC-yə ödənilməlidir. Hər üç icra sənədi üzrə borclu bildiriş və qərarla tanış olmuş, 2023-cü ildə əvvəlki icra məmurunun çağırışlarında iştirak etmiş, qərarla tanış olmağına baxmayaraq hətta izahatında göstərmişdir ki, həmin dövrdə işləyir, 700 manat əmək haqqı alır və hər ay əmək haqqının yarısı miqdarında mütənasib olaraq icra sənədləri üzrə ödənişlər edəcəkdir. Öhdəlik götürməsinə baxmayaraq bu günki günə qədər heç bir ödəniş etməmiş, 2024-cü ilin yanvar ayında bir dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq həmin dövrdə qərarla yeni tanış olduğu üçün məhkəmə inzibati məsuliyyətə cəlb etməmiş, işə xitam vermiş, lakin bundan sonra borclu Azərbaycan Respublikası hüdudlarını tərk edərək Rusiya Federasiyasına getmiş, bu günki gün axtarışla sərhədi keçən zaman saxlanılaraq icra idarəsinə təhvil verilmişdir. Borclu hər hansı ödəniş edə bilməyəcəyini bildirmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmədən borclu barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, Moskvaya getmiş, işləri alınmamış, ödəyə bilməmişdir. Bayramdan sonra işə başlayacaq, ondan sonra ödəyəcəkdir, bir uşağı vardır. Məhkəmədən barəsində həbslə bağlı olmayan cərimə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş hüquqi şəxs Bank VTB ASC-nin, "xxxx" MMC-nin və "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1003,04 manat və ödənilmiş 30,03 manat dövlət rüsumu tutularaq ABC Telecom MMC-yə ödənilməlidir. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3976/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 4737,68 manat borc və 67,78 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs Bank VTB ASC-nin xeyrinə cəmi 7025,34 manat pul və 85,32 manat dövlət rüsumu tutulmalıdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7671 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-477 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-3976 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-6279 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. - Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2024-cü il tarixdə 736822 saylı axtarış işi açılmışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən icra sənədinin lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin: - 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-3168/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3168/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver