Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3168/2025 09.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.1-ci maddəsinə əsasən tərtib edilmiş 07 noyabr 2025-ci il tarixli, EP №0170043 nömrəli inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi etibarnamə üzrə nümayəndələri gəlməmiş və ya gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Protokola əsasən BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/034354 nömrəli xx.xx.2025-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Bakı Bas Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********0559 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 77DK360/99YG278 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********5639 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. Lakin, gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********0559 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invovs dəyəri 4406.70 ABŞ dolları qeyd edilmişdir, lakin xx.xx.2025-ci il tarixli **********5639 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında isə 4256.70 ABŞ dolları qevd edilmişdir. Belə ki, Bakı Bas Gömrük İdarəsinin Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən “Teymur Collection" MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Aparılan araşdırma zamanı qeyd olunan bəyannamələrə və həmin bəyannamələrə əlavə edilmiş sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, idxal edilən malların ümumi invoys dəyəri **********50559 nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsində düzgün göstərilmiş, həmin ümumi invoys dəyəri əsasında malların gömrük rəsmiləşdirilməsi aparılmış, **********5639 nömrəli xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında qeyd olunan malların ümumi invoysu düzgün göstərilməmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş: BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/034354 nömrəli xx.xx.2025-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına gələn yük **********50559 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 22-ci qrafasında qeyd olunan invoys dəyəri, **********5639 saylı qısa idxal bəyannaməsinin 22-ci qrafasıyla uyğunsuzluq təşkil edir. xx.xx.2025-ci il tarixli **********50559 nömrəli gömrük bəyannaməsindən görünür ki, valyuta və malların ümumi invoys dəyəri 4406 ABŞ dolları təşkil edir. xx.xx.2025-ci il tarixli **********5639 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, valyuta və malların ümumi invoys dəyəri 4256 ABŞ dolları təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, gömrük bəyannaməsi və qısa idxal bəyannaməsi, o cümlədən işdəki digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də Şəxs MMC İXM-nin 485.1-ci maddəsilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə qeyd edir ki, Gömrük Məcəlləsinin 113-cü maddəsində qısa idxal bəyənnaməsinin əsas əhəmiyyəti qeyd edilmişdir. Həmin maddəyə əsasən qısa idxal bəyənnaməsi risklərin təhlili və gömrük nəzarətinin düzgün aparılmasını həyata keçirən vasitələrdən biridir. Qısa idxal bəyənnaməsində ümumi invoys dəyərinin 4406 ABŞ dolları qeyd edilməsinə baxmayaraq gömrük bəyənnaməsində invoys dəyərinin 4256 ABŞ dolları qeyd edilməsi ilkin olaraq ictimai münasibətlərə qəsd etməyən əməl təəssüratı yaratsa da, məbləğlər arasındakı fərq risqlərin təhlili və gömrük nəzarətinin düzgün aparılmasına mane olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 485.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3168/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3168/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver